
Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində Müsəlman Şərqinin ilk demokratik və dünyəvi respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 108-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Toplantıda kollecin kolletivi ilə yanaşı Azərbaycan Respublikası Qarabağ qaziləri Birliyinin Gəncə filialının rəhbərliyi və nümayəndələr də iştirak edib.
Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda canından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla anıldıqdan sonra Azərbaycanın Dövlət Himninin səsləndirilib.
Sonra çıxış edən kollecin direktoru, Əməkdar Həkim Mehman Rzayev vurğulayıb ki, 1918-ci il may ayıının 28-də İstiqlal Bəyannaməsinin imzalanması ilə Azərbaycanın müstəqilliyinin bəyan olunması zəngin dövlətçilik ənənələri olan xalqımızın yenidən milli dirçəlişi prosesinin məntiqi nəticəsi olub:
“Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövlətçilik tariximizin olduqca mühüm hadisələrindən biridir. İlk müstəqil respublikamız cəmi 23 ay mövcud olmasına baxmayaraq Azərbaycan xalqı öz dövlətçilik ənənələrinə söykənərək 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdi. Lakin müstəqilliyimizin ilk illərində baş verənlər göstərirdi ki, azadlığı qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. Əgər 1993-cü ilin iyununda xalqımızın Ulu Öndəri Heydər Əliyev xilaskarlıq missiyası ilə siyasi meydana daxil olmasaydı, bəlkə də bugünkü müstəqilliyimiz də mövcud olmazdı. Yalnız Heydər Əliyevin böyük dühasının, bu dahi şəxsiyyətin görkəmli dövlət xadimi kimi zəngin siyasi təcrübəsinin və uzaqgörənliyinin nəticəsi olaraq müstəqilliyimiz xilas edildi, dövlətçiliyimizin əbədiliyi təmin olundu” deyə M. Rzayev əlavə edib.
Tədbir “Müstəqilliyin sönməz günəşi” adlı səədli film nümayiş olundu.
Çıxış edən kollecin əməkdaşlı Mətanət Nəbizadə vurğulayıb ki, 23 ay hakimiyyətdə olan Xalq Cümhuriyyəti xalqımızın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi, dövlətçilik ənənələrimizi zənginləşdirən addımlar atildı.
Sonra çıxış edən Azərbaycan Respublikası Qarabağ qaziləri Birliyinin Gəncə filialının sədri Eyvaz Hüseynov da Müstəqillik gününün bu gün azad edilən tarixi torpaqlarımızda qeyd edilməsinin böyük bir hadisə olduğunu diqqətə çatdırıldı.
Tədbir kollecin tələbələrinin ifasıda bədii hiss ilə davam etdirildi.