
Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində ümummilli lider Heydər Əliyevin 103 illiyinə həsr olunan konfrans keçirilib. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsindən sonra ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda canından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra giriş sözü ilə çıxış edən kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev xalqımızın xilaskar oğlu, müasir Azərbaycan dövlətinin qurucusu və banisi, xalqın əbədi sevgisini qazanmış Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətlərindən danışıb. O vurğulayıb ki, ümummilli liderin həyatı və siyasi fəaliyyəti Azərbaycanın ən yeni tarixində müstəsna yer tutur: “Ulu Öndər Heydər Əliyev Azərbaycanın iki fərqli və hətta tam ziddiyyətli siyasi formasiyaya malik olduğu ayrı-ayrı dövründə respublikaya rəhbərlik edib. Birmənalı olaraq qeyd olunmalıdır ki, məhz Heydər Əliyevin fədakar əməyinin, səmərəli işgüzarlığının, uzaqgörən rəhbərlik və təşkilatçılıq istedadının sayəsində Azərbaycan istər sovet dönəmində, istərsə də müstəqillik dövründə sürətlə və hərtərəfli inkişaf edərək öncül respublikalarından birinə çevrilib”,- deyə Mehman Rzayev əlavə edib.
Kollecin direktoru bildirib ki, bu gün müzəffər ali baş komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı uğurların memarı məhz dahi şəxsiyyət Heydər Əliyevdir.
Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı 7 saylı ərazi partiya təşkilatının sədr müavini Mətanət Nəbizadə dahi şəxsiyyət Heydər Əliyevin siyasi rəhbər kimi qəbul etdiyi tale yüklü qərarlardan, Azərbaycanın bütün dünyada tanınması və müstəqil bir dövlət kimi qəbul olunması üçün gördüyü işlərdən danışıb. Natiq bildirdi ki, bu gün Azərbaycanda yaradılan münbit şəraitin, istər insanların peşəkar təhsil almaları, istərsə də vətəndaşların sağlamlıqlarının qorunması istiqamətində görülən işlərin ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə əsası qoyulduğunu, bu gün də onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etdi.
Tədbirin sonunda kollecin tələbələrinin hazırladığı şerlər, rəqslər, Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.