
Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində aprel ayında Qazaxıstana beynəlxalq tədbirlərə dəvət alan iki həkim-müəllim və tələbə öz təəsüratlarını kollektivlə bölüşüblər.
İlk olaraq Jambil Ali Tibb Kollecinin 90 illik yubileyi çərçivəsində "Süni intellekt və tibbi təhsildə müasir metodlar" adlı genişmiqyaslı beynəlxalq tədbirdə iştirak edən kollecin təcrübə rəhbəri Məlahət Musayeva çıxış edib. O qeyd edib ki, Türkiyə, Özbəkistan, Qırğızıstan, Rusiya, Çin və Azərbaycandan olan nümayəndələrin və yerli mütəxəssislərin də atıldığı tədbirin məqsədi tibb kolleclərinin təhsil mühitində süni intellekt texnologiyalarını hərtərəfli öyrənmək və praktik olaraq tətbiq etmək, ustad dərsi tədris planının yenilənməsini asanlaşdıran, müəllim heyətinin rəqəmsal bacarıqlarını inkişaf etdirən və gələcəyin tibbinin tələblərinə tam uyğun mütəxəssislər hazırlayan virtual simulyasiyalardan tutmuş ağıllı qiymətləndirmə sistemlərinə qədər innovativ təlim modellərinin yaradılmasına yönəlib. Məlahət Musayeva Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin rəhbərliyinin və kollektivin Jambil Ali Tibb Kollecinin 90 ilik yubileyi ilə əlaqədar təbriklərini çatdırıb, öz kollecləri barədə ətrafli məlumatı əks etdirən “Azərbaycan Tibb Kolleclərində Süni İntellektin Rolu “ mövzusunda təqdimatla çıxış edib. M. Musayeva son illər Gəncə Tibb Kolelcində yaradılan şəraitdən, süni intellektiv və müasir innovasiyaların tətbiq edildiyi sahələrdən danışıb.
Sonra Qazaxıstanın Qızılorda vilayətində təşkil olunan “Səhiyyə sistemində gənc mütəxəssislər: tibb kollecləri arasında beynəlxalq dialoq” Beynəlxalq Elmi-Praktik Tələbə Konfransının iştirakçıları kollecin metodisti Gülşən Bağırova və kollecin tələbəsi Şəfiqə Ələkbərova öz təəsuratlarını bölüşüblər. Qeyd olunub ki, Azərbaycan, Türkiyə, Belarusiya, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Latviya nümayəndələrinin də qatıldığı konfransın əsas istiqamətləri liderlik, könüllülük, elmi praktik hazırlıq, rəqəmsal səhiyyə və süni intellekt olub.
Konfransın gedişatı barədə danışan Gülşən Bağırova Qızılorda Ali Tibb Kolleci ilə tanışlıq, orada tədris üçün yaradılan şəraitdən danışdı. Vurğuladı ki, Qazaxıstanda gördükləri maddi texniki bazanın Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində artıq uzun müddətdir yaradıldığı, Azərbaycanda Tibb Kolleclərində yaradılan müasir innovasiyalarla zəngin laboratoriyalar və tədris otaqlarının da olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Kollecin tələbəsi Şəfiqə Ələkbərova da konfransda Könüllülük” istiqaməti üzrə “Medical Voluteering : Serving Humanity” mövzusunda çıxış edib. İngilis dilində prezentasiya edən tələbənin çıxışı böyük maraqla və diqqətlə dinlənib.
Sonda aprel ayında beynəlxalq tədbirlərdə iştirak yüksək qiyətləndiirilib. Kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev vurğulayıb ki, beynəlxalq tədbirlər tədris müəssisəsində şəraitin daha da yüksəldilməsinə, süni intellekt və innovativ inkişafa daha böyük təkan verəcəyini qeyd edib.