
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində Mülki Müdafiə Tədbirlər Planının icrası ilə əlaqədar, mülki müdafiə dəstələrinin komandir-rəis və şəxsi heyəti ilə “Hərbiləşdirilməmiş mülki müdafiə dəstələri ilə xəbərdarlıq toplanış üzrə mülki müdafiə məşqi” keçirilib.
Kollecin direktoru, MM rəhbəri Mehman Rzayev çıxış edərək bu tədbirin vacibliyindən, hər hansı hadisə zamanı işçi və tələbələrdən ibarət şəxsi heyətin daim hazırlıqlı olmalarının vacibliyini vurğulayıb.
Tədbir zamanı əməkdaşlar Gəncə Tibb Kollecinin müllki müdafiə dəstələrinin vəzifələri barədə məlumatlandırılıb, sonra onların xidməti yerlərinə getməsi ilə bağlı tapşırıq verilib. Plana uyğun olaraq müəyyən vaxt ərzində növbətçi hissədə quraşdırılan səsgücləndirici və yanğın alarm qurğuları işə salınaraq “Toplanış” siqnalı ilə əsas toplanış meydanında hər kəsin səfərbərliyi təmin edilib. Daha sonra Tibb müəssisəsində yanğınsöndürən, xilasetmə, sanitar, ictimai asayişin mühafizəsi və digər dəstə üzvləri tərəfindən şərti yanğınla bağlı məşq keçirilib, yanğınsöndürən odsöndürücü balonlarin vəziyyəti yoxlanılıb və praktiki olaraq icra olunub.
Bununla yanaşı işçilərə və tələbələrə Gəncə Tibb Kollecinin inzibati binasında baş verə biləcək hadisələr zamanı dəstələrin fəaliyyətinin nədən ibarət olacağı, onların operativ reaksiyası və müəllim tələbə heyətinin inzibati binadan təhlükəsiz əraziyə təxliyəsinin həyata keçirilməsi təkrar izah edilib.