GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində korrupsiya ilə mübarizə mövzuları müzakirə olundu


Post Image

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “Korrupsiyaya cəmiyyətin bəlasıdır” adlı konfrans keçirilib. Toplantıda çıxış edən kollecin həkim-müəllimləri Gülşən Bağırova, Gülnara Mustafayeva və Mətanıt Nəbizadə korrupsiyanın cəmiyyətin hər bir sahəsində inkişafa mane olan əsas faktorlardan biri olduğunu, mütərəqqi inkişafa mənfi təsir göstərdiyini, iqtisadi və sosial tərəqqiyə ciddi təhlükə yaratdığını vurğuladılar. Qeyd olundu ki, korrupsiyanın mövcud olması milli və ümumbəşəri dəyərlərə xələl gətirməklə yanaşı, demokratik və hüquqi dövlət strukturuna zərbə vurur. Korrupsiya halları dürüstlük, ədalət dəyərlərinə ziddir və zamanla sosial inamı azaldır, cəmiyyətin rifahını təhdid edir, sosial-iqtisadi inkişafa mane olan cinayət əməli kimi qiymətləndirilir. Sonda “Korrupsiya cəmiyyətin bəlasıdır” adlı video çarx nümayiş olundu.

Korrupsiyaya qarşı mübarizə kollecdə təşkil olunan dəyirmi masa və seminarın da müzakirə mövzusu olub. Çıxış edən vurğulayıblar ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin davamlı olmasını təmin etmək, rüşvətxorluğa şərait yaradan halların qarşısının alınması məqsədi ilə islahatlar aparılır, bu istiqamətdə əsas hədəf dövlət strukturunda idarəetmə mexanizmlərinin inkişafı, özəl sektorda beynəlxalq standartlar çərçivəsində anti-korrupsiya mühitinin formalaşdırılması, qanunvericilik bazasının mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsinin təmin edilməsidir.

20.04.2026  [ 14:30 ]
Bütün hüquqlar qorunur.!  ©  2024