GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində gənclər və ailə dəyərləri mövzusunda konfrans keçirildi.


Post Image

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “Azərbaycan cəmiyyətində gənclərin milli – mənəvi ruhda tərbiyəsi, ailə dəyərlərinin qorunmasında anaların rolu və qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib. 

Tədbir Azərbaycan himninin səsləndirilməsi ilə başladı. Sonra Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın bütövlüyü, torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anıldı.

Konfransı giriş sözü ilə açan kollecin direktoru, əməkdar həkim Mehman Rzayev qonaqları salamlayaraq müzakirə olynacaq mövzuların aktual və cəmiyyətimiz üçün vacib olduğunu vurğuladı. 

Toplantıda Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Gəncə Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, Şəhid Hacı Rauf Isgırovun anası Brilyant Əsgırova və digər məruzəçilər çıxışlar edərək “Cəmiyyətimizdə gedən proseslərdə və ailə dəyərlərinin qorunmasında qadınların rolu”, “Gənclərin tərbiyələndirilməsi sahəsində qarşıda duran məsələlər”, “Azərbaycan cəmiyyətində qadınların rolu”, “Gənclərin formalaşdırılmasında Azərbaycan Ağsaqqalları qarşısında duran vəzifələr” və digər vacib mövzularla bağlı məruzələr dinlənildi. 

Gəncə şəhər İcra hakimiyyətinin, Gəncə Ağsaqqallar Şurasının, Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən konfransda Gəncədə fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri iştirak edirdi. 

Konfransın sonunda gənclərin formalaşdırılmasında və yetişdirilməsində fərqlənənlərə diplomlar verildi.

17.04.2026  [ 14:06 ]
Bütün hüquqlar qorunur.!  ©  2024