GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində “Narkomaniyaya yox deyək” mövzusunda silsilə tədbirlər keçirildi.


Post Image

“Bu gün cəmiyyətimizin ən dəhşətli bəlalarından biri də narkomaniyadır. Ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəssüflər olsun ki, 21-ci əsrdə də qlobal problemler sırasında qalmaqdadır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir”. Bu fikirləri Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində keçirilən Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunan konfransda müəssisənin direktoru, əməkdar həkim Mehman Rzayev söyləyib. O vurğulayıb ki, Azərbaycanda da narkomaniya ilə mübarizə sahəsində xeyli işlər görülüb və bu “ağ ölümlə” mübarizdə hər bir vətəndaş fəallıq göstərməlidir.

Sonra çıxış edən kollecin digər həkim-müəllimləri Gülşən Bagırova , Cəvahir Qarayeva və Tünzalə Şəfiyeva narkomaniyaya qarşı mübarizə istiqamətində dövlətimiz tərəfindən aparılan əməli işlərdən danışıblar. 

Tədbirin sonunda “Sağlam gələcək naminə narkomaniyaya yox deyək” adlı film nümayiş olunub.

“Narkomaniyaya yox deyək” mövzusu kollecdə keçirilən seminar və dəyirmi masanın da mövzusu olub. Burada da qeyd olunub ki, yeniyetmə və gənclərin narkomaniyaya qarşı mübarizə sahəsində daha da maarifləndirilməsi onlar arasında bu pis vərdişlərə qarşı müqaviməti xeyli artıracaq. Bu da ən əsası həm indiki, həm də gələcek nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün həlledici rol oynayacaqdır.

14.04.2026  [ 09:45 ]
Bütün hüquqlar qorunur.!  ©  2024