
Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin tələbəsinin Qazaxıstan Respublikasının Taldıkorqan Ali Tibb Kollecinin təşkil etdiyi onlayn beynəlxalq konfrans üçün hazırladığı təqdimat 1-ci yerə layiq görülüb.
Kollecin Tibb bacısı (qardaşı) işi l kurs 52 qrup tələbəsi Evelina Nəbiyevanın hazırladığı "Peyvəndləmə əhatə dairəsinin artırılmasında tibb bacısı heyətinin rolu" adlı təqdimatı ən yüksək yerə layiq görülüb.
3-ü Azərbaycandan olmaqla, Qazaxıstan və Qırğızıstandan ümumilikdə 11 Tibb Kollecinin tələbəsinin qatıldığı beynəlxalq konfrans “Orta tibb işçisinin qlobal ictimai sağlamlıqda rolu: müasir çağırışlar və innovativ qərarlar “mövzusuna həsr olunub.
Beynəlxalq konfransda ən yaxşı nəticə göstərən Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin tələbəsi Evelina Nəbiyevanın elmi rəhbəri Yoluxucu Xəstəliklər üzrə mütəxəssis Mətanət Əliyevadır.