GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində maarifləndirmə dərsləri keçirildi.


Post Image

Martın 5-də Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində orta ümumtəhsil məktəblərinin təlim tərbiyə işləri üzrə direktor müavinləri üçün “Fövqəladə hadisələr zamanı əhalinin tibbi bioloji və sanitariya mühafizə tədbirləri” mövzusunda maarifləndirmə dərsləri keçirilib. 

Kollecin mülki müdafiə qərargahının mühəndisi Sevda Abbasova bu kimi mövzuların əhali üçün o cümlədən müəllimlər və tələbələr üçün aktual vacibliyindən danışıb. 

Həkim–müəllim Mehparə Quliyeva ilk tibbi yardım haqqında məlumatlar verərək robotlar üzərində təməl həyat dıstıyi, sınıqlar, çıxıqlar, ilan sancmaları, dəm qazından boğulma, sarğıların qoyulması və digər ilk tibbi yardımlar haqqında danışıb.

Tədbir Azərbaycan Respublikası Fövqəladə hallar Nazirliyi Gəncə Regional Mərkəzinin Fövqəladə hadisələr zamanı əhalinin hazırlanması qaydalarının”tələblərinə uyğun olaraq keçirilib.



https://youtube.com/shorts/uTRF-y5UgQQ?si=Fg1ayLm16NBsm5Ky


06.03.2026  [ 11:40 ]
Bütün hüquqlar qorunur.!  ©  2024