
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin təşkilatçılığı ilə Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində 1 mart Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan tədbir keçirilib.
“Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda keçirilən konfransda Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin əməkdaşları, Polkovnik-leytenant Etibar Məmmədov, mayor Rəşad Abdullayev, kollecin rəhbərliyi və kollektivi iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Gəncə Tibb Kollecinin Mülki müdafiə qərargah rəisi Sevda Abbasova Mülki Müdafiə gününün 2026-cı ilə həsr edilən mövzusu barədə məlumat verdi.
Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev 1 Mart Beynəlxalq Mülki Müdafiə Günü münasibətilə bu sahədə çalışan bütün əməkdaşları bayram münasibəti ilə təbrik etdi və “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunun vacibliyini vurğuladı, bu sahədə mülki müdafiə əməkdaşlarının rolunu vurğuladı.
Sonra Fövqəladə Hallar Nazirliyi Gəncə Regional mərkəzinin əməkdaşları "Mülki-müdafiənin prinsipləri" və “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusu ilə bağlı çıxışlar etdilər.
Kollecin əməkdaşları Gülşən Bağırova "Mülki-müdafiənin tarixi haqqında", Günel Tomuyeva "Ekoloji Risklər"
Mətanət Əliyeva isə "Ekoloji risklərin yaratdığı problemlərin həlli yolu" haqqında prezentasiyalarla çıxışlar etdilər.
Konfransın sonunda mülki müdafiə və fövqəladə hallar zamanı görülən tədbirlərə həsr olunmuş video çarx nümayiş olunub.