GƏNCƏ TİBB KOLLECİ

Xocalı faciəsi Gəncə Tibb Kollecində anıldı


Post Image

Səhiyyə Nazirliyi Gəncə Tibb Kolleci Xocalı Soyqırımının 34-cü ildönümünə həsr olunan “26 Fevral  Xocalı Soyqırımı – Qanlı yaddaşımız” adlı  konfrans keçirilib. Tədbir dövlət himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin, Xocalı şəhidlərinin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

   Konfransı giriş sözü ilə açan kollecin direktoru, əməkdar həkim Mehman Rzayev bildirdi ki, fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin, MDB-nin Xankəndidə yerləşən 366-cı alayının hərbiçiləri tərəfindən törədilən Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşımızdan heç vaxt çıxmayacaq. O vurğulayıb ki,i Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Rzayev əlavə edib ki, bu gün Azərbaycan dövlətinin qarşıya qoyduğu məqsədlərdən biri də Xocalı soyqırımının dünyada tanıdılması və bu qətliamda rolu və iştirakı olanların məsuliyyətə cəlb edilmələridir. O çıxışını cənab Prezident İlham Əliyevin Xocalı soyqırımının  dünya ictimaiyyətinə çatdırılması üçün davamlı və ardıcıl fəaliyyətin vacibliyi barədə dediyi sözlərlə bitirib:

 “Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır”.

   Sonra çıxış edən Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin əməkdaşları və tələbələri həmin dəhşətli tarixə bir daha nəzər salaraq bu qanlı faciənin xalqımızın yaddaşlarından heç zaman silinməyəcəyini bildirdilər. Qeyd olunub ki, bəşəriyyətin ən dəhşətli qətliamlarından olan Xocalı faciəsinə beynəlxalq qiymət verilməli, bu dəhşətləri törədənlər cəzalandırılmalıdırlar.

  Sonra kollecin tələbələrinin ifasında Xocalı faciəsinə həsr olunan bədii əbədi kompozisiya nümayiş olunub.

   Tədbirdə “Mən  Xocalıyam!”  və “26 fevral 1992” adlı filmlər nümayiş olunub.

26.02.2026  [ 10:45 ]
Bütün hüquqlar qorunur.!  ©  2024