GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində 20 Yanvar şəhidləri anıldı


Post Image

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində 20 Yanvar faciəsinin ildönümünə həsr olunan “20 Yanvar – tariximizin qan yaddaşı” mövzusunda silsilə tədbirlır keçirilib. Bu faciə ilə əlaqədar kollecin müəllimi Şəfiqə Hüseynova ingilis dilində seminar, Məlahət Musayeva dəyirmi masa, Arzu İbrahimov açıq dərs keçirib. Bundan başqa kollecin kitabxanasında tələbələr komputer vasitəsilə 20 yanvar haqqında məlumatlar əldə etdilər. 

 20 Yanvar ilə bağlı akt zalında konfrans təşkil olunub. Tədbirdə kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev, Qarabağ Qaziləri İctimai Birliyinin Gəncə filialının sədri Eyvaz Hüseynov, onun müavini Ceyhun Əliyev, eləcə də kollecin müəllim və tələbə heyəti iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan kollecin direktoru Mehman Rzayev çıxışında bildirib ki, 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət məhz Ulu Öndər Heydər Əliyev tərəfindən verilib. O, Heydər Əliyevin həmin günlərdə Azərbaycanın Rusiyadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin bu qanlı əməlini qətiyyətlə pislədiyini və dünya ictimaiyyətinin diqqətinə çatdırdığını xüsusi vurğulayıb. Mehman Rzayev qeyd edib ki, bu mövqe xalqımızın haqq səsinin beynəlxalq səviyyədə eşidilməsində mühüm rol oynayıb.

Daha sonra Qarabağ Qaziləri İctimai Birliyinin Gəncə filialının sədri Eyvaz Hüseynov 20 Yanvar şəhidlərinin Azərbaycan tarixində əbədi iz qoyduğunu deyib. O, şəhid ailələri və qazilərə göstərilən qayğının dövlətçilik siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq, gənc nəslin bu dəyərlər ruhunda tərbiyəsinin vacibliyini diqqətə çatdırıb.

Tədbirdə digər çıxış edənlər də 20 Yanvar hadisələrinin ictimai-siyasi əhəmiyyətindən danışaraq, şəhidlərimizin xatirəsinin daim uca tutulacağını bildiriblər.

Tədbir xatirə şəklinin çəkdirilməsi ilə yekunlaşıb.

19.01.2026  [ 17:30 ]
Bütün hüquqlar qorunur.!  ©  2024