
Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində Ümummilli Lider Heydər Əliyevin Anım günü ilə bağlı konfrans keçirilib. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsindən sonra ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda canından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
“Heydər Əliyev harada və hansı vəzifədə çalışmasından asılı olmayaraq hər zaman Azərbaycanın yüksəlişi və inkişafı, xalqımızın rifahı üçün çalışıb. Ona görə, Ulu Öndərin həm sovet, həm də müstəqillik dövründə Azərbaycana rəhbərlik illər tariximizin intibah səhifələridir. Bu dövrlərdə Azərbaycan böhranlardan, tənəzzüllərdən xilas olub, Heydər Əliyev öz dühası ilə Azərbaycanın yüksəlişinə nail olub. Hər bir dövrdə xalqımız Ümummilli Lider Heydər Əliyevin cəsarətinə, vətən sevgisinə, qətiyyətli siyasətinə şahidlik edib”. Bu fikirləri Ulu Öndərin Anım günü ilə bağlı konfransda Gəncə Tibb Kollecinin direktoru, Əməkdar Həkim Mehman Rzayev söyləyib. O qeyd edib ki, dahi şəxsiyyət bu gün Azərbaycanın bütün dünyada inkişaf etmiş bir ölkə kimi tanınmasında, istər istisadi, istərsə də siyasi inkişaf baxımında yüksəlməsində əvəzolunmaz əməyi var.
Sonra çıxış edən kollecin əməkdaşları Zilan Rzayeva və Bahar Seyidova “Heydər Əliyevin cəmiyyətdə rolu” mövzusunda geniş məruzələr söylədilər. Tədbir vurğulandı ki, illər keçəcək, yeni tarixdə, gələcək nəsil Heydər Əliyev duhasının müstəqil Azərbaycanın müasir bir dövlətə çevrilməsində rolunu heç zaman unutmayacaq, daim qəlblərdə böyük sevgi ilə xatırlayacaqlar.
Konfransda o də qeyd olundu ki, 1993-cü ildən Azərbaycanda başlanan Heydər Əliyev siyasi kursu bu gün də ölkəmizə tarixi nailiyyətlər qazandırır. Ötən 22 ildə Heydər Əliyev yolunun möhtərəm Prezident İlham Əliyev cənabları tərəfindən layiqincə davam etdirilməsi Azərbaycanı yeni inkişaf mərhələsinə yüksəldib. Bu illər ərzində tariximizin qürurverici səhifələri yazılıb, Azərbaycan regionda və dünyada söz və yüksək nüfuz sahibi olan dövlətə çevrilib. Qətiyyətli siyasətinin və qazandığımız hər bir uğurun nəticəsi olaraq Prezident İlham Əliyevin adı dünyanın ən nüfuzlu dövlət başçıları ilə bir sırada çəkilir.
Sözsüz ki, Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin 2003-cü ildən sonra xalqımıza yaşatdığı ən böyük uğur torpaqlarımızın işğaldan azad olunmasıdır. Bununla da dövlətimizin yeganə ağrılı probleminə son qoyuldu, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin vəsiyyətini və ən böyük arzusunu layiqincə yerinə yetirdi.
Tədbirin sonunda Ümummilli Liderə həsr olunan şerlər səsləndirildi, sonda “Sən elə bir zirvəsən” adlı video nümayiş olundu.