GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində debatlar barədə müzakirələr aparılıb


Post Image

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində debat mədəniyyəti və düzgün ünsiyyət bacarıqlarının əhəmiyyəti müzakirə olunub. Tədbirdə çıxış edən Gəncə regional debat mərkəzinin rəhbərliyi öz peşəkar təcrübələrinə əsaslanaraq debatın tələbələr üçün əhəmiyyətindən, Gəncə Tibb Kolleci Debat Klubunun tarixi və qazandığı uğurlarından, həmçinin debatın üstünlükləri haqqında və son illərdə debat ilə bağlı hansı işlərin görülməsindən, debatın tələbələrə nə kimi faydalar qazandıracağından  ətraflı məlumatlar verdilər. Qeyd olundu ki, debat interaktiv və müxtəlif əks tərəflərin təmsilçilərindən ibarət müzakirə metodudur və yalnız nəticəni analiz edən deduktiv əsaslandırmadan, yalnız nəyinsə doğru olub olmadığını müəyyən edən faktoki  mübahisədən və yalnız inandırma taktikalarından ibarət ritorikadan fərqli olaraq, daha geniş anlayışı özündə əks etdirir:

“Debatda məntiqi davamlılıq, faktların dəqiqliyi və auditoriyaya emosional müraciət inandırma üçün mühüm rol oynayır və məsələni daha üstün kontekstdə və çərçivədə, daha mahircəsinə əsaslandıra bilən tərəf digərini üstələyir. Debatda faktlardan daha çox tərəflərin öz aralarında gəldiyi konsensus və ya birgə formal nəticəyə gəlmə əsas rol oynayır. Formal debat yarışlarında, tərəflərin hər biri üçün keçərli müəyən qaydalar və çərçivə mövcud olur” deyə çıxışlarda vurğulanıb.

   Tədbirin sonunda debatla bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.

21.11.2025  [ 10:15 ]
Bütün hüquqlar qorunur.!  ©  2024