GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində “Uşaq hüquqlarını qoruyaq” mövzusunda konfrans keçirilib


Post Image

“Hüquqi dövlət quruculuğunda sağlam ruhlu vətəndaşın yetişdirilməsi xüsusi əhəmiyyət daşıyır. İnsana, xalqa, dövlətçiliyə münasibətində ciddi, təəssübkeş, insanlığın qaydalarına əməl edən şəxslərin varlığı cəmiyyətin özülü sayılır. Yaxşı insanlar yaxşı cəmiyyət yaradırlar. Buna görə cəmiyyətin əsas özəyi hesab edilən uşaqlarımızı qorumalı, onların hüquqlarına hörmətlə yanaşmalıyıq ki, onlar da elə uşaq yaşlarından özlərini bizim gələcəyimiz və davamçılarımız olaraq əsl vətəndaş hiss edə bilsinlər”,-bu fikirləri Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində 20 noyabr  Ümumdünya Uşaq Hüquqları günündə həsr olunan “Uşaq hüquqlarını qoruyaq” mövzusunda keçirilən konfransda kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev səsləndirilib. O vurğulayıb ki, uşaqlar Azərbaycanın gələcəyidir və hər bir uşaq doğulduğu andan etibarən cəmiyyətin bərabərhüquqlu üzvü hesab olunur.

    Sonra çıxış edənlər qeyd ediblər ki, uşaqların yeniyetmələrdən fərqli fiziki, fizioloji, davranış və xüsusiyyətləri olduğu, davamlı böyümə və inkişaf göstərdiyi şüurunun yerləşməsi, uşaqların baxımının bir cəmiyyət problemi olduğu və elmi yanaşmalarla hər kəsin bu məsuliyyəti yüklənməsi lazım olduğu düşüncəsi, Cenevrə Uşaq Hüquqları Bəyannaməsi ilə təsbit edilib. Hazırda uşaq hüquqları ilə əlaqədar olan beynəlxalq sənəd 20 noyabr 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən və 193 ölkə tərəfindən təsdiq edilmiş olan Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Haqqında Konvensiyasıdır.

    Konfransın sonunda “Uşaqlar gələcəyimizdir” adlı film nümayiş olunub.

20.11.2025  [ 17:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024