GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində “Uşaq Hüquqları Aylığı” çərçivəsində“ dəyirmi masa və mühazirə təşkil olunub


Post Image

20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq Hüquqları Aylığı” çərçivəsində“ Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “Uşaq hüquqlarının qoruyaq” mövzusunda mühazirə və dəyirmi masa keçirilib.

   Dəyirmi masada kollecin həkim-müəllimi Zərqələm Cəfərova vurğulayıb ki, uşaqlar Azərbaycanın gələcəyidir və hər bir uşaq doğulduğu andan etibarən cəmiyyətin bərabərhüquqlu üzvü hesab olunur:

“Hüquqi dövlət quyuçuluğunda sağlam ruhlu vətəndaşın yetişdirilməsi xüsusi əhəmiyyət daşıyır. İnsana, xalqa, dövlətçiliyə münasibətində ciddi, təəssübkeş, insanlığın qaydalarına əməl edən şəxslərin varlığı cəmiyyətin özülü sayılır. Yaxşı insanlar yaxşı cəmiyyət yaradırlar. Buna görə cəmiyyətin əsas özəyi hesab edilən uşaqlarımızı qorumalı, onların hüquqlarına hörmətlə yanaşmalıyıq ki, onlar da elə uşaq yaşlarından özlərini bizim gələcəyimiz və davamçılarımız olaraq əsl vətəndaş hiss edə bilsinlər” deyə Cəfərova əlavə edib.

“Uşaq hüquqlarını qoruyaq” adlı mühazirədə kollecin müəllimi Leyla İsmayılova qeyd edib ki, dünyadakı bütün uşaqların doğulduqları gündən sahib olduqları, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının qorunması qanunla tənzimlənir:

“Azərbaycanda uşaq hüquqlarının qorunması 1959-cu ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən "Uşaq Hüquqları Bəyannaməsi" ilə yanaşı, 1989-cu ildə qəbul edilən və Azərbaycan tərəfindən də təsdiqlənən Uşaq Hüquqları Konvensiyasına əsaslanır. Ölkəmizdə bu konvensiyanın prinsiplərinə uyğun olaraq qanunvericilik 1998-ci ildə qəbul olunan "Uşaq hüquqları haqqında" qanunla tənzimlənır” deyə L. İsmayılova əlavə edib.

18.11.2025  [ 10:15 ]
Bütün hüquqlar qorunur.!  ©  2024