
Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində 8 Noyabr - Zəfər Gününə həsr olunan təntənəli bayram tədbiri keçirilib. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad olundu, Dövlət Himni səsləndirilib. Tədbirə 44 günlük müharibədə fədakarlıq göstərərək canı, qanı bahasına torpaqlarımızı azad edən bir qrup veteran və müharibə iştirakçısı qatılmışdı.
Açılış nitqində kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev Zəfərin 5 illiyi münasibətilə qazilərimizi və müharibə veteranlarına təbrikləri çatdırdı. Direktor qeyd etdi ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, cəsarətli qərarları və xalqımızın birliyi, şəhidlərimizin qanı, veteranlarımızın fədakarlığı nəticəsində torpaqlarımızın işğaldan azad olunması sadəcə hərbi qələbə deyildi, həm də milli ruhun, ədalətin, tarixi haqqımızın bərpası idi.
Sonra çıxış edən 44 günlük müharibədə qəhrəmanlıq göstərən veteranlarımız çıxış edərək keçdikləri şərəfli döyüş yolundan danışdılar. Vurğulandı ki, rəşadətli ordumuzun döyüş meydanlarında qələbə qazanmaqları tək onların qəhrəmanlıqları deyil, o cümlədən bütün Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevin “Dəmir Yumruğ”u ətrafında sıx birləşərək bir millət olaraq öz döyüşkənliyini və mübarizliyi nümayiş etdirilməsidir.
Çıxışlardan sonra Zəfər Günü ilə bağlı videoçarx nümayiş etdirildi.
Kollecin tələbələri Zəfərin 5 illiyi münasibətilə keçirilən tədbirdə hazırladıqları şeirləri, mahnıları, rəqsləri ifa etdilər. Onların çıxışları böyük şövq və alqışlarla qarşıladı.
Sonra Zəfər günü ilə əlaqədar kollecin bir qrup əməkdaşına həvəsləndirici mükafatlar təqdim olundu.
Sonda xatirə şəkilləri çəkdirildi.