GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində könüllülük mövzusu müzakirə olunub.


Post Image

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində könüllülük fəaliyyəti və onun təbliği mövzusunda tələbələrlə görüş keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən 2 saylı Gəncə regional Asan Xidmət Mərkəzinin baş mütəxəssisi Elnur Şabanzadə ölkəmizdə könüllülük fəaliyyətin geniş vüsət aldığını qeyd edib, gənclərin bu istiqamətdə fəaliyyətlərinin genişləndirilməsi ilə bağlı görülən işlərdən danışıb. O vurğulayıb ki, könüllülük  Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz hesab olunan fəaliyyət növüdür. Görüşdə qeyd olunub ki, Azərbaycanda könüllülük sahəsində real inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Buna görə də, könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz Ümummilli Liderimizin adı ilə bağlıdır. Belə ki, dahi öndərin idarəçiliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektorlar, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanılıb. Bu prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verilib.

   Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan olunmasını bu sahəyə dövlət qayğından xəbər verildiyi də vurğulanıb. Bu gün bütün sahələrdə könüllülərin ölkəmizin inkişafına verdiyi töhfələr göz qabağındadır və bütün böyük beynəlxalq yarışlar və tədbirlərdə könüllü gənclər yaxından iştirak edir.

     Görüşdə kollecin gəncləri fəal olmağa, könüllülük fəaliyyətinə qoşulmağa dəvət edilib.

27.10.2025  [ 11:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024