
Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində fövqəladə hallar zaman həyata keçirilməli olan tədbirlər barədə oğlan tələbələrlə təlim məşqi keçirilib. Təlimdən öncə kollecin direktoru Mehman Rzayev tələbələrlə söhbət zamanı vurğulayıb ki, müasir dövrümüzdə gənclərimizin hər hansı baş verə biləcək hadisə zamanı heç nədən qorxmamalı, sayıq davranmalıdırlar. Direktor gənclərin vətənpərvərlik ruhunda inkişaf etmələrinin vacibliyini qeyd edib.
Daha sonra tələbələrdən təşkil olunan mülkü müdafiə dəstələri Mülkü müdafiə qərargah mühəndisi Sevda Abbasovanın rəhbərliyi ilə təlimə start verilib.
Təlimdə əvvəlcə təhlükə siqnalı verilərək fərdi mühafizə vasitələri paylanıb, daha sonra təlimata uyğun qaydada digər proseslər həyata keçirilib.