“Vətənpərvərlik - vətəni sevmək və vətən üçün hər cür fədakarlığı etmək hissidir. Tarixin bütün dönəmində Azərbaycan ərazisində ilkin dövlətlərin yaranmasından bu günə qədər bu ənənə yaşayır”. Bu fikirləri “Vətənpərvərlik və Mülkü müdafiənin təşkili” adlı seminarda Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev söyləyib. O vurğulayıb ki, müasir zamanəmizdə gənclərin vətənpərvər ruhda yetişməsi və pis vərdişlərdən uzaq olması vətənpərvərliyin bir hissəsidir: “Müasir qloballaşma dövründə gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi dövlət, onun müvafiq orqanları, təşkilatlar və hər bir Azərbaycan vətəndaşı qarşısında böyük məsuliyyət yaradır. Zərərli vərdişlər hər il dünyada milyonlarla insanın normal fiziki gücünü əlindən alır, psixoloji durumunu ağırlaşdırır. Bu təhlükəli vərdişlər nadan, məlumatsız, eləcə də təcrübəsiz, məsuliyyətsiz və özünüidarəetmə səriştəsi olmayan insanları çıxılmazlığa sürükləyir” deyə M. Rzayev əlavə edib.
Daha sonra Gəncə Tibb Kolleci Mülkü müdafiə qərargah mühəndisi Sevda Abbasova “Mülkü müdafiənin əsasları” haqqında geniş məlumat verib.