GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “18 Oktyabr Müstəqilliyin bərpası günü”nə həsr olunan konfrans keçirilib


Post Image

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “18 Oktyabr Müstəqilliyin bərpası günü”nə həsr olunan konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasını Dövlət himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canında keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

   Çıxış edən kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev həmin günün tarixinə nəzər salaraq vurğulayıb ki, Azərbaycanı müstəqilliyə aparan yolda qəbul olunan ilk rəsmi sənəd 1991-ci il avqustun 30-na təsadüf edir. Azərbaycan Respublikası Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edilib: “Müstəqilliyin ilk illərində həlli çətin görünən problemlərlə üzləşən Azərbaycan Şərqdə ilk müstəqil dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin aqibətini yaşamağa çox yaxın idi. Ancaq xalqımızın xoşbəxtliyi onda idi ki, belə bir mürəkkəb dövrdə onun Heydər Əliyev kimi sınanmış lideri var idi və bu ölüm-dirim savaşında o, artıq tək deyildi. Belə bir vaxtda ulu öndər Heydər Əliyevin ali qanunvericilik orqanına sədr seçilməsi ölkə həyatında çox mühüm bir hadisə oldu. Bu siyasi qayıdış, sözün həqiqi mənasında Azərbaycanı azərbaycanlılara, milləti özünə qaytardı” deyə, M.Rzayev əlavə edib.

   Sonra kollecin həkim-müəllimi Gülşən Bağırova və əməkdaşı Mətanət Nəbizadə “Müstəqillik və Konstitusiya günü” mövzusunda çıxışlar edərək müstəqillyin bərpasından sonra onun qorunub saxlanılasında Ulu öndər Heydər Əliyevin böyük siyasi iradəsini xüsusi vurğuladılar. Qeyd olundu ki, dahi şəxsiyyətin layiqli davamşısı, Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müstəqilliyi, suverenliyi torpaqlarımızın azad edilməsindən və Azərbaycanın bütün ərazilərində dövlət atriburlarının, qanunlarımının bərpasından sonra tam təmin olundu. O da vurğulandı ki, ölkə başçısının sərəncamı ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunur.

   Digər çıxış edən natiqlər də bu günün əhəmiyyətindən danışdılar.

   Kollecin tələbələri şerlər söyləyib, mahnılar oxudular. Sonda “18 Oktyabr- Müstəqilliyin bərpası günüdür!” və “Azərbaycan Müstəqilliyini əbədi bərpa etdi” adlı filmlər nümayiş olundu.

13.10.2025  [ 11:30 ]
Bütün hüquqlar qorunur.!  ©  2024