GƏNCƏ TİBB KOLLECİ

FHN-nin Gəncə Regional Mərkəzi kollecdə maarifləndirmə tədbiri keçirib.


Post Image

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin illik tədbirlər planına əsasən maarifləndirmə tədbiri keçirilib.

  Tədbir  Ümummilli Lider Heydər Əliyevin və Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla anılması və Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başladı.

   Toplantını giriş sözü ilə açan Gəncə Tibb Kollecinin Mülki-müdafiə qərargah mühəndisi Sevda Abbasova kollecin və FHN-nin Gəncə Regional Mərkəzinin işçi heyətinin sıx əməkdaşlıqlarını qeyd edib, kollecin həkim-müəllimlərinin ilkin tibbi yardımın təşkili ilə bağlı keçdikləri dərslərin hər bir zaman maraqla qarşılandığını vurğulayıb.

   Daha sonra çıxış edən Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşı Mayor Abdullayev Rəşad “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda çıxış edərək, fərdi mühafizə vasitələri, əleyqazlar haqqında geniş məlumat vermiş, fövqəladə hal zamanı əhalinin köçürülməsi haqqdında ətraflı məlumat verib.

   Kapitan Elçin Məmmədov “Sığınacaqlar” haqqında  onların mühafizə xassələri, radiasiya əleyhinə daldalanacaqlar və əhalinin orada olduqları vaxt həyat fəaliyyətinin təmin olunması üçün inşa edilən müdafiə qurğuları haqqında danışıb.

   Baş leytenant Allahverdi Abdullayev Fövqəladə hallar zamanı əhalinin xəbərdar edilməsi üçün istifadə edilən xəbərdarlıq qurğuları barədə çıxış edib.

   Sonda kollecin həkim-müəllimi Əzimova Sveta “İlk tibbi yardım” və bu zaman həyata keçrilməli olan proseslər barədə məlumat verib.

01.10.2025  [ 16:30 ]
Bütün hüquqlar qorunur.!  ©  2024