GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində bələdiyyə nümayəndələri üçün “İlkin tibbi yardım” mövzusunda maarifləndirilmə seminarı keçirilib.


Post Image
Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin və Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşları Gəncə Tibb Kollecində “İlkin tibbi yardım” mövzusunda maarifləndirilmə seminar keçirib. Təşkil olunan seminarda Gəncə və ətraf rayonlarınnın 15-ə yaxın bələdiyyə nümayəndələri dinləyici olub.
    Tədbiri giriş sözü ilə açan Gəncə Tibb Kollecinin Mülki-müdafiə qərargah mühəndisi Sevda Abbasova kollecin və FHN-nin Gəncə Regional Mərkəzinin işçi heyətinin sıx əməkdaşlıqlarını qeyd edib, kollecin həkim-müəllimlərinin ilkin tibbi yardımın təşkili ilə bağlı keçdikləri dərslərin hər bir zaman maraqla qarşılandığını vurğulayıb.
    Seminarda həkim-müəllim Gülnara Mustafayeva qanaxmalar, travma, boğulmalar, zəhərlənmələr, suda boğulma, ilan sancması, yanıqlar, epileptik tutmalar, cərəyan və ildırım vurması, arı sancması göstərilən ilk tibbi yardımlardan, sipiyar tətbiq haqqında geniş məlumatlar verib. Mövzular auditoriyanın böyük marağına səbəb olub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
   FHN_nin Gəncə Regional mərkəzinin əməkdaşları Mayor Rəşad Abdullayev və seminar iştirakçıları keçilən dərslər üçün kollecin rəhbərliyinə və həkim-müəllimlərə öz təşəkkürlərini bildiriblər.
25.09.2025  [ 16:20 ]
Bütün hüquqlar qorunur.!  ©  2024