GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin həkim-müəllimləri FHN-nın təşkil etdyi metodik toplantılarda çıxış ediblər.


Post Image

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin 2025-ci il üçün hazırlıq planına müvafiq olaraq, şəhər və rayon ümumitəhsil orta məktəbləri və onlara bərabər tutulan təhsil müəssisələrinin 2, 5 və 6-cı sinif rəhbərləri ilə “Sınıq, yanıq və digər bədbəxt hadisələr zamanı özünə yardım və qarşılıqlı yardım göstərmək qaydaları” mövzusunda Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin təcrübəli həkim-müəllimləri məşğələlər keçiblər. Kollecin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, 08.09.2025-ci il Göygöl şəhər 1nömrəli tam orta məktəbinin, 09.09.2025-ci il Samux rayon İnstitut qəsəbəsi tam orta məktəbinin, 11.09.2025-ci il Gəncə şəhəri Yeni Azərbaycan Partiyasının Gəncə şəhər Təşkilatının akt zalında keçirilən hər bir metodik toplantıda ümumilikdə 900 (nəfər) dinləyici kimi iştirak ediblər.

  08.09.2025-ci il tarixdə Göygöl şəhər 1 saylı tam orta məktəbində keçirilən təlimdə Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə şöbəsinin, Gəncə Tibb Kollecinin əməkdaşları və Göygöl şəhər məktəblərinin 2, 3 və 5-ci sinif müəllimləri 200 (nəfər) dinləyici kimi iştirak ediblər.

  Tədbiri giriş sözü ilə açan FHN-nin Gəncə Regional Mərkəzinin MM – şöbəsinin əməkdaşı, polkovnik-leytenant Bəhai Nəsirov təlim iştirakçılarını salamlayıb və layihənin əhəmiyyətindən söhbət edib.

  Təlimdə  çıxış edən Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin mülki-müdafiə üzrə qərargah rəisi Sevda Abbasova Gəncə Tibb Kollecinin və FHN-nin Gəncə Regional Mərkəzinin işçi heyətinin sıx əməkdaşlıqlarını qeyd edib, kollecin həkim-müəllimlərinin ilkin tibbi yardımın təşkili ilə bağlı keçdikləri dərslərin hər bir zaman maraqla dinlənildiyini vurğulayıb.

  Sonra kollecin həkim-müəllimi Cəvahir Qarayeva “İlkin tibbi yardım-Təməl həyat dəstəyi” mövzusunda çıxış edib. O, qan axmalar, sınıqlar, bayılmalar dəm qazından zəhərlənmər, qida zəhərlənmələri, yad cismin çıxarılması, süni tənəffüs verilməsi və. s haqqında geniş məlumat verərək manikenlər və insanlar üzərində ilk yardımı əyanı şəkildə iştirakçıların diqqətinə çatdırıb.

  09.09.2025-ci il tarixində Samux rayon İnstitut qəsəbəsi tam orta məktəbində Samux rayon məktəblərinin müəllimləri 200 (nəfər) dinləyicisinin qatıldığı tədbirdə kollecin həkim-müəllimi Afət İsgəndərova “İlkin tibbi yardım -Təməl həyat dəstəyi” mövzusunda çıxış edib. O, qan axmalar, sınıqlar, bayılmalar dəm qazından zəhərlənmər, qida zəhərlənmələri, yad cismin çıxarılması, süni tənəffüs verilməsi və. s haqqında geniş məlumat verərək manikenlər və insanlar üzərində ilk yardımı əyanı şəkildə iştirakçıların diqqətinə çatdırıb.

  11.09.2025-ci il tarixdə Gəncə şəhəri Yeni Azərbaycan Partiyasının Gəncə şəhər Təşkilatının akt zalında keçirilən təlimdə Gəncə şəhər məktəblərinin müəllimləri 500 (nəfər) dinləyici kimi iştirak etdiyi tədbirdə kollecin həkim-müəllimi Mehparə Quliyeva “İlkin tibbi yardım - Təməl həyat dəstəyi” mövzusunda çıxış edib. O, qan axmalar, sınıqlar, bayılmalar dəm qazından zəhərlənmər, qida zəhərlənmələri, yad cismin çıxarılması, süni tənəffüs verilməsi və. s haqqında geniş məlumat verərək manikenlər və insanlar üzərində ilk yardımı əyanı şəkildə iştirakçıların diqqətinə çatdırıb. Sonda həkim-müəllimlər təlim iştirakçılarının suallarına ətraflı cavablar verib, maraqlı diskusiyalar aparıblar.

12.09.2025  [ 11:30 ]
Bütün hüquqlar qorunur.!  ©  2024