Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “15 İyun - Azərbaycanın taleyini dəyişən gün” adlı tədbir keçirilib. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb.
“15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış hadisədir. Həmin gün Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyulub, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırılıb və respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafının təməli qoyulub”. Bu fikirləri tədbirdə çıxış edən kollecin direktoru, Əməkdar Həkim Mehman Rzayev söyləyib. Onun qeyd edib ki, 1993-cü ilin iyununda ölkədə yaranan mürəkkəb ictimai-siyasi durumda Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yarandığı bir zamanda, vətəndaş müharibəsi üçün ciddi zəmin yarandığı bir vəziyyətdə Ulu Öndər Heydər Əliyevə xalqın tələbi ilə Bakıya gəlib və iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlayıb.
Sonra çıxış edənlər Ümummilli Liderin yenidən Azərbaycanda rəhbərliyə başladığı dövrü ölkədə uzun illər davam edən gərginlik və qarşıdurmanın qarşısının alındıdığı, respublikamızın vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas olduğu tarix kimi yaddaşlarda qaldığını vurğuladılar.
Tədbirin sonunda ““15 İyun - Azərbaycanın taleyini dəyişən gün” adlı film nümayiş olundu.