Gəncə Tibb Kollecində Azərbycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən “İlkin yardımın göstərilməsi və fövqəladə hallar zamanı davranış qaydaları” layihəsi çərçivəsində Regional İnkişaf İctimai Birliyi tərəfindən təlimlər keçirilir.
26.05.2025 - 04.06.2025-ci il tarixlərində keçirilən təlimlərdə “İlk yardım anlayışı və hüquqi aspektləri”, “Psixoloji yardım”, “Travmalar, növləri”, “Həkiməqədər ilk yardım”, “Zərərçəkənlərin immobilizasiyası”, “Sıxılma sindromu zamanı həkiməqədər ilk yardım” mövzularında dərslər keçilir.
Təlimdə kollecin həkim-müəllimləri Sveta Əzimova, Mehparə Quliyeva, Gülnara Mustafayeva könüllülərə mövzularla bağlı ətraflı şəkildə izahatlar verir, robotlar üzərində dərslər əyani şəkildə göstərilir.
İyunun 4-də yekunlaşacaq təlimlər 2 hissədən ibarət ibarətdir və 45 dəqiqə nəzəri hissə, 90 dəqiqə müddətində isə təcrübi hissədə könüllülərə vacib olan məlumatlar çatdırılır.