GƏNCƏ TİBB KOLLECİ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində Beynəlxalq Ailə günü qeyd olundu.


Post Image

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində 15 may Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirilib. Toplantıda qeyd olunub ki, Beynəlxalq Ailə Günü planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir.

Çıxış edən kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. O vurğulayıb ki, Ulu öndər milli mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq deyib: 

“Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur”.

Rzayev əlavə edib ki, Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. 

Digər çıxış edən həkim müəllimlər - Gülşən Bağırova, Afət İsmayılova, Zarema Hüseynova ailə dəyərlərindən, Azərbaycanda ailə münasibətlərinə münasibətdən danışılıb. 

Qeyd olunub ki, Beynəlxalq Ailə Günü BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1994-cü ildən qeyd olunur. Azərbaycan 2008-ci ildən bu ənənəyə qoşulub. 

Vurğulanıb ki, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği məqsədi ilə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb və bu qurum tərəfindən Ailə bayramı hər il müxtəlif bölgələrdə təşkil olunur.

15.05.2025  [ 11:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024