GƏNCƏ TİBB KOLLECİ

PROACT Təlim Proqramının keçid görüşü keçirildi


Post Image

2020 ci ilin iyul ayından etibarən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin(USAİD) maliyyə dəstəyi ilə UNİCEF tərəfindən həyata keçirilən, TƏBİB və Ümümdünya Səhiyyə Təşkilatı (ÜST)  tərəfindən dəstəklənən PROACT Təlim Proqramı yerli səhiyyə işçilərinin COVID-19-un qarşısının alınması və cavab tədbirləri sahəsindəki potensialının gücləndirilməsi, beynəlxalq təcrübələrin səfərbər edilməsi, müvafiq milli səhiyyə tərəfdaşları arasında tərəfdaşlığın qurulması və 12 rayon səhiyyə müəssisəsində yeni yaradılmış PROACT Tədris Mərkəzləri vasitəsi ilə təhsil metodikasının gücləndirilməsi və yerli təlimçilərin və təlim iştirakçılarının bacarıqlarının artırılması ilə məşğul olmaqdadır.

31 may 2021-ci il tarixində sözügedən Proqramın keçid mərhələsinə çatması səbəbindən səhiyyə sektoru potensialının artırılması istiqamətində davamlı tədbirlərin keçirilməsi üçün PROACT Tədris Mərkəzləri üzərində məsuliyyəti TƏBİB öz üzərinə götürəcəkdir. Bu mühüm hadisəni qeyd etmək məqsədilə 31 may tarixində  Zoom  vasitəsilə  virtual “PROACT Təlim Proqramı Keçid Görüşü”  keçirildi.

90 nəfərin iştirakı ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi, UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin və  TƏBİB-in icraçılığı və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəliyinin texniki dəstəyi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə həyata keçirilən Proact Təlim Proqramının yekun keçid iclası keçirildi. Virtual iclasda  həmçinin, Gəncə Tibb Kollecinin direktoru Rzayev Mehman və həkim Fərəcova Aygün iştirak etmişdirlər.  Proact layihəsinin TƏBİB koordinatoru Dr.Emil İskəndərov Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayevə Gəncədəki təlim mərkəzinin kollecdə keçirilməsinə şərait yaratdığına görə dərin minnətdarlığını bildirmişdir.

Proqram bir neçə ayda rayonlarda 12 təlim mərkəzinin qurulmasında və 3000 dən çox səhiyyə işçisinin Covid-19 infeksiyasının qarşısının alınması, Covid-19 hallarına cavab tədbirləri və idarə olunması, bu infeksiya haqqındakı məlumatlılığın artırılması kimi  mövzularda təlim keçməsini təmin etmişdir.  

Yeni yoluxmaların sayı azalır kimi görünsə də,Covid-19-a qarşı mübarizə hələ də davam edir. Məhz buna görə də,səhiyyə işçilərinin bacarıqlarının müntəzam olaraq inkişaf etdirilməsi zəruridir.

31.05.2021  [ 21:20 ]
Bütün hüquqlar qorunur.!  ©  2024