Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşəbbüsü ilə Gəncədə fəaliyyət göstərən ali və orta ixtisas məktəbləri arasında ümummilli lider Heydər Əliyevin 98-ci ildönümünə həsr olunan “Heydər Əliyev irsini öyrənirik” adlı bilik yarışı, şahmat yarışı və stolüstü tennis üzrə yarış təşkil olunmuşdur. Yarışda Azərbaycan Dövlət Aqrar Universiteti,Azərbaycan Texnologiya Universiteti,Gəncə Regional Kolleci və Gəncə Tibb Kollecini təmsil edən komandalar iştirak etmişdir.Dairəvi sistem üzrə keçirilən yarışlarda Gəncə Tibb Kollecinin komandaları bilik və şahmat yarışında 2-ci yerə layiq görülmüşdür.Stolüstü tennis üzrə yarışmada isə 4-cü yerə layiq görülmüşdür.