yaradılmasıdır.
Silahlı qüvvələrin mövcudluğu Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin adı ilə sıx bağlıdır. Azərbaycan ordusunun qurulması, inkişafı, möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin,siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir.
Əfsuslar olsun ki, daim imperiya təxəyyülü ilə yaşayan Sovet rəhbərliyinin böyük əksəriyyəti azərbaycanlıların hərb sənətini öyrənməsinə bütün vasitələrlə əngəl olmağa çalışmış, hətta onları ordu sıralarına çağırarkən inşaat-tikinti işləri üzrə ixtisaslaşmış hərbi hissələrdə xidmət etməyə göndərmişlər. Lakin Azərbaycan xalqının dahi lideri, ulu öndərimiz Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi ilk dövrlərdə bütün sahələrdə olduğu kimi, Vətənin yüksək hərbi təhsil almış milli zabit kadrlarına da böyük ehtiyacı olduğunu nəzərdən qaçırmamışdır. Məhz onun ciddi səyləri və mübarizəsi nəticəsində 70-ci illərin əvvəllərində Bakıda C.Naxçıvanski adına Hərbi Məktəb fəaliyyətə başlamışdır.
Tarixi faktlar göstərir ki, o dövrdə digər ölkələrdən fərqli olaraq 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti məhz Müdafiə Nazirliyi yaratmış və onun tabeliyi altında milli ordumuzu formalaşdırmağa başlamışdır. Lakin çox böyük arzularla başlanan bu işlərə Rusiya bolşeviklərinin 11-ci Qırmızı ordusu son qoymuş və Azərbaycan Sovet İmperiyasının tərkibinə qoşulmuşdur.
O zaman Azərbaycan Demokratik Cümhuriyyətinin Milli Ordu yaratması sadəcə dövlətin əsas artibutlarından birini formalaşdırmaq naminə atdığı addım deyildi. Yeni yaradılmış gənc müstəqil dövlətə müxtəlif istiqamətlərdən hücumlar başlanır, erməni quldur birləşmələri şəhər və kəndlərimizi viran qoyur, qoca, qadın, körpə bilmədən xalqımıza qarşı xüsusi bir amansızlıqla soyqırımı həyata keçirirdilər. Torpaqlarımızı qorumaq, törədilən vəhşiliklərin qarşısını almaq və müstəqilliyə sahib olmaq üçün ordunun yaradılması sözün həqiqi mənasında zərurətə çevrilmişdi.
Silahlı qüvvələrin güc və ilham mənbəyi olan xalq və ordu birliyi isə bəşər tarxinə örnək olacaq bir irsdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü ordu, milli həmrəylik və birlik, beynəlxalq müstəvidə uğurlar, iqtisadi potensial ikinci Qarabağ müharibəsini şərəfləndirən amillərdən oldu.
Ali Baş Komandanın "Dəmir Yumruq" əməliyyatı Azərbaycanın 2020-ci il sentyabr ayının 27-dən noyabr ayının 9-na qədər olan müddətdə 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoydu. Müstəqil azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin komandanlığı altında rəşadətli ordumuz düşməni diz çökdürdü. Haqq mübarizəsindən qalib çıxan Azərbaycan, Zəfərini təntənəli hərbi paradla qeyd etdi. Bütün dünya, Azərbaycanın bu fəxarətli zəfərini qürurla qeyd etməsinin şahidi oldu. Necə deyərlər."Dəmir yumruq" xalqımızın birliyinin rəmzi kimi tarixə düşdü. Bu birlik bütün sahələrdə dövlətin gücünü göstərir.
Xalqımız artıq Xocalının qisasının alındığı, günahsız insanlarımızın, körpələrimizin qanının yerdə qalmadığı üçün mənəvi dinclik hiss edir. Azərbaycan zəfər paradında Beynəlxaq aləmə hərbi gücünü, qüdrətini göstərdi. Bu qələbə Azərbaycan tarixinə ən şanlı səhifə yazaraq Cənubi Qafqazın ən qüdrətli ordusuna malik olan Azərbaycanın Silahlı Qüvvələrinin görünməmiş zəfər möhrünü vurdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bütün dünya ölkəmizin hərbi qüdrətini, Azərbaycan Silahli Qüvvələrinin potensialını gördü. Azərbaycana dost olan ölkələr bizlərlə bərabər bu fəxarət hissini yaşadılar. Bu haqq-ədalət savaşında Azərbaycan xalqı öz qüdrətini, mənəvi ruhunu, milli ruhunu, iradə,rəşadət göstərərək Qarabağ adlı bütöv Vətən həsrətinə son qoydu.
Güclü, müzəffər Azərbaycan ordusu bizim qürur mənbəyimizdir. Bütün dünya bu reallığı qəbul etdi:"Qarabağ Azərbaycandır".Müzəffər Ali Baş Komandan Azərbaycan tarixinə misilsiz imza ataraq tarixi ədaləti bərpa etdi.
Gəncə Tibb Kolleci HFBS Hüseynova Şəfiqə