Əhalinin sağlamlığının qorunması həmişə dövlətin prioritet məsələlərindən biri olmuşdur.
Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə zəngin potensiala, elmi və maddi-texniki bazaya istinad edərək ölkənin bütün sahələrində olduğu kimi səhiyyə islahatlarını da uğurla həyata keçirmiş, 1998-ci il martın 13-də “Səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncam imzalamaqla, bu sahənin inkişafına böyük töhfə vermişdir.
Dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasında Cənab Prezident İlham Əliyev Qalib ölkənin Qalib Lideri kimi çıxış etdi. Pandemiyanın çətin dönəmində ölkə Prezidentimizin dünya ictimaiyyətinə COVID-19- la mübarizədə birliyə, həmrəyliyə çağırışı xüsusi razılıqla qarşılandı. Bu da ölkəmizin dünyada müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı, öz yeri və rolu olan bir dövlət kimi növbəti təsdiqidir.
Prezident Cənab İlham Əliyev Ümumdünya Səhiyyə Assambleyasında videoformatda çıxış edərək demişdir: " Peyvənd millətçiliyi " inkişaf etmiş və inkişaf etməkdə davam edən ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. Biz inkişaf etmiş ölkələri və donor təşkilatlarını və inkişaf etməkdə olan xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çalışırıq. Azərbaycan pandemiyanın öhtəsindən gəlmək üçün qlobal həmrəyliyin nümayiş etdirilməsini təbliğ etmişdir.
Bildiyimiz kimi Respublikamızda peyvəndləmə dövlət hesabına həyata keçirilir. Şəhərimizdə Covid-19-a qarşı mübarizədə ən önəmli addım kimi ilk növbədə maarifləndirmə işləri aparıldı. Regionda öz xüsusi dəsti-xətti olan ölkə kimi Azərbaycan əhalinin vaksinasiya prosesini ilk olaraq başlamışdır. Və bu proses mərhələli şəkildə həyata keçirilir. COVID-19-a qarşı peyvəndləmənin həyata keçirilməsində iştirak edən bütün səhiyyə işçilərinin peyvəndləməni təhlükəsiz və səmərəli həyata keçirmələrini təmin etmək üçün xüsusi təlim təşkil edilmişdir.
Pandemiya dünyanın hər yerində həyatın istənilən sahəsinə-iqtisadiyyata, mədəniyyətə, sosial həyata və xüsusilə də təhsilə güclü mənfi təsir göstərmişdir. Təbii ki, bu epidemiyanın təhsilə vurduğu zərbə ən böyük hesab edilə bilər. Bu baxımdan Covid-19 səbəbindən şagird və tələbələrin təhsilinin məhdudlaşdırılmasının qarşısının alınmasının ən önəmli yolu peyvəndləmədir. Vaksinasiya təhsildəki itkiləri bərpa etmək üçün optimal addımdır. Və bu etibarlı gələcək üçün çox vacibdir. Belə ki, peyvəndləmənin həyata keçirilməsi ilə biz çevrəmizdəki insanları, yaxınlarımızı da böyük təhlükədən qorumuş oluruq.
Bu məqsədlə COVID-19 peyvəndinin tətbiqi və peyvəndə nəzarət prosesində infeksiyanın qarşının alınması və nəzarət tədbirləri də həyata keçirilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsində COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası öz əksini tapmışdır.
Vaksinasiya Strategiyasının Tədbirlər Planında nəzərdə tutulmuş icraçı orqanlar (qurumlar) zəruri tədbirləri Gəncə şəhərində də uğurla davam edir.
Gəncə şəhərində vaksinasiya məntəqələrinin şəraiti – məntəqələrin tələb olunan ləvazimatlarla təmin olunması, heyətin təlimatlandırılması və digər tədbirlərlə yanaşı peyvənd olunmuş şəxslərin cari qeydiyyatı və müşahidəsi üçün müəyyən pasportlaşdırma ehtiyaclarının qarşılanması prosesi də həyata keçirilməkdədir. Respublikamızın digər bölgələrində olduğu kimi Gəncədə də peyvəndləmə oz bəhrəsini verib. Ölkəmizdə tətbiq olunan 4 növ vaksindən hər biri effektiv və təhlükəsizdir.
Strategiyanın məqsədi COVID-19 xəstəliyinin vaksinasiya ilə qarşısının alınmasına, bununla xəstələnmə və ölüm səviyyəsinin minimuma enməsinə nail olmaqdır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “COVID-19 vaksin randevu” adlı yeni elektron xidmət istifadəyə verilib. Elektron xidmətin yaradılmasında məqsəd tibb müəssisələrinin potensialına görə müraciətləri bölüşdürmək və insan axınını səmərəli idarə etməkdir. Eyni zamanda, onlayn növbə xidməti vətəndaşların vaxtına qənaət etməyə imkan yaradır, belə ki, onların bilavasitə peyvənd məntəqələrində gözləmə növbəsində sərf edəcəkləri vaxt minimuma enir.
Gəncə sakinləri əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən dövlət siyasətini cani könüldən dəstəkləyərək peyvəndləməni müsbət qarşıladılar. Covid-19 pandemiyaya qarşı ölkədə aparılan bütün mübarizə tədbirlərinə görə xalqımız dövlət başçısı İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını çatdırıblar. Peyvəndləmə prosesində yenə də xalqımız həmrəylik, mütəşəkkillik göstərmələri ilə ölkə rəhbərinə dərin etimadını və inamını nümayiş etdirdilər.Qeyd edim ki, Prezident İlham Əliyev Covid-19 əleyhinə qarşı aparılan mübarizədə tibb işçilərinin və həkimlərin böyük əməyini vurğuladı.
Azərbaycan Respublikasında "COVID-19" xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam etməkdədir.
Gəncə Tibb Kolleci HFBS Hüseynova Şəfiqə