GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində Mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış üzrə məşqi keçirilib


Post Image

Gəncə Tibb Kollecində 2023-cü il  tədris ili üçün Mülki müdafiə tədbirlər planına müvafiq olaraq «Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti» mövzusunda Mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış üzrə məşqi keçirilib. Tədbirə müəssisənin MM rəhbərliyi, FHK-sı, MM qərargahı, ММ qüvvələrinin şəxsi heyəti cəlb olunub.

Mülki Müdafiə qərargahının rəhbəri, tibb kollecinin direktoru M. Rzayev tədbirdə çıxış edərək fövqəladə hallar zamanı kollec  əməkdaşlarının mühafizəsinin  təşkili ilə bağlı mülki müdafiə tədbirlərinin yerinə yetirilməsindən, MM idarəetmə orqanlarının və rəhbər heyətin əməli vərdişlərinin və hazırlığının təkmilləşdirilməsindən, rəhbər heyətə və işçilərə fövqəladə hadisələr zamanı yanğınsöndürmə, xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi üzrə  praktiki vərdişlərin aşılanmasının vacibliyindən danışdı. M. Rzayev əlavə edib ki, bu gün tibb kollecində yanğının vaxtında qarşısının alınması üçün bütün qabaqlayıcı tədbirlər görülüb, dam örtüklərinin taxta konstruksiyalarına yanğına davamlı məhlul hopdurulmuş, bütün bina yanğın əleyhinə müasir siqnal sistemi quraşdırılmışdır.

   Sonra çıxış edən Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin Mülki – müdafiə şöbəsinin əməkdaşı,  kapitan Rəşad Abdullayev  məşqin keçirilməsində əsas məqsədin “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası qanunun tələblərinin yerinə yetirilməsi, Mülki müdafiə qüvvələrinin sənədlərinin rəhbər sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması, rabitə və xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılması, fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsi zamanı Mülki müdafiə qüvvələrinin xəbərdarlıq  və toplanış üzrə hazırlığının yoxlanılması, Mülki müdafiə qüvvələrinin xəbərdarlıq sxeminə müvafiq olaraq, fövqəladə hallara operativ reaksiyavermə üzrə hazırlıq səviyyəsinin yoxlanılması, Mülki müdafiə qüvvələrinin rəhbər heyətinin xəbərdarlıq toplanışı üzrə fəaliyyətinin yoxlanılması, fövqəladə hadisələrin nəticələrini aradan qaldırarkən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili məqsədilə Mülki müdafiə qüvvələrinin xəbərdarlıq sxemi üzrə toplanış müddətinin müəyyənləşdirilməsi olduğunu vurğuladı.

          Sonra Mülki müdafiə məşqi kollecdə  verilmiş həyacan siqnalı ilə Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin xəbərdarlıq siqnalı üzrə təyin olunmuş yerə, kollecdə  qabaqcadan müəyyən olunmuş ərazisində hesabata uyğun olaraq toplanmasına nəzarət olunmuş və bu barədə komandir-rəis heyətin məruzəsi dinlənilmişdir.

Məşqin keçirilmə planına uyğun olaraq, məşqin gedişi zamanı obyekt Mülki müdafiə qüvvələri ilə sıra baxışı keçirilmiş, şəxsi heyətin siyahısı, ştat üzrə təhkim olunmuş avadanlığın varlığı, işlək vəziyyətdə olması yoxlanılmış, istifadə qaydaları nümayiş etdirilmiş, fövqəladə hadisələr zamanı xilasetmə və digər təxirəsalınmaz işlər aparılması ardıcıllığı dəqiqləşdirilmiş, funksional vəzifələr dinlənilmişdir. Bundan əlavə, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunması barədə məşq iştirakçılarına təlimat verilmiş, Mülki müdafiə qüvvələrinin xəbərdarlıq sxemi üzrə toplanış müddəti müəyyənləşdirilmişdir.

    Sonda MM  rəhbəri  Mehman Rzayev məşqin keçirilmə səviyyəsini qiymətləndirdi, çatışmamazlıqları qeyd edərək, lazımi tövsiyyələrini verdi.

06.10.2023  [ 13:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024