GƏNCƏ TİBB KOLLECİ

Ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edən Bəyannamə


Post Image

Azərbaycan Prezidenti İlham  Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa Bəyannaməsi böyük tarixi və strateji əhəmiyyətə malik olan iki dost və qardaş ölkə arasında imzalanan tarixi sənəddir. Dünya ölkələri içərisində Şanlı Zəfərimizi yüksək qiymətləndirənlər olduğu kimi mənfur düşmənin yalanlarına inanıb hədə-qorxu gələnlər,hətta bizi qınayanlar da az olmadı. 44 günlük Şanlı Tariximiz bütün dünyaya təstiq etdi ki, " Türkün dostu türkdür ". Prezident İlham Əliyevin təmkinlə, yüksək səriştə və qabiliyyətlə verdiyi müsahibələrində hər xırda nüansa aydınlıq gətirərək dünya ölkələrinin şüuraltına iki müttəfiq dövlətin tarixən qardaş olduqlarını həkk etdi. Nəhayət, Azərbaycanla birgə Qardaş Ölkənin də arzuları reallaşdı və 30 illik torpaq həsrətimiz sona çatdı.Şuşa bizimdir! Qarabağ Azərbaycandır!- şüarı bütün dünyada eşidildi.

Beləliklə, vaxt yetişdi və düşmənin canına od, kürkünə birə salacaq olan hərbi və müdafiə müttəfiqliyimizi bəyan edən Şuşa Bəyannaməsi 2021-ci il 15 iyun tarixində iki qardaş ölkənin rəhbərləri,cənab Rəcəb Tayyib Ərdoğan və cənab İlham Əliyevin imzaları ilə təsdiqləndi. Tarixi Bəyannaməyə əsasən, iki ölkə arasında indiyədək imzalanmış bütün sənədlərə sadiq qalacaqları bir daha təsdiq olundu.  Bəyannamədəki bütün müddəalar iki ölkə xalqlarının mənafelərinə xidmət edəcəyi və ümumi maraqların bütün sahələrdə- siyasi, iqtisadi, müdafiə, humanitar, təhsil,  səhiyyə, gənclər və idman sahələrində qorunmasını əks etdirdi, həmçinin qlobal və regional sülh və sabitliyin birgə təmin edilməsinin vacibliyi vurğulandı.Bununla belə işğaldan azad edilmiş yerlərdə həyatın normallaşdırılması üçün birgə fəaliyyət göstəriləcəyi bildirildi. Ədalətin zəfər çaldığı vaxtda Iki Sülhsevər Qardaşın imzaladığı Bəyannamə sözsüz ki, münasibətlərin gələcəyinin və ölkələrimizin çoxsahəli potensialının daha da parlaq olacağına ümidləri artırdı.

Şuşa Bəyannaməsi həm Azərbaycan, həm də Türkiyə üçün mühim əhəmiyyət kəsb edəcək və hər iki dövlətin, xalqın rifahı naminə olacaqdır. Şuşa Bəyannaməsi bölgəyə sülh və inkişaf gətirmiş zəfər, Azərbaycan-Türkiyə qardaşlığının təcəssümüdür.

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanın Azərbaycanda 2020-ci ilin dekabrında, 44 gün davam etmiş İkinci Qarabağ Müharibəsindən sonra keçirilən Zəfər paradında iştirak etmək üçün gəlişi bir daha sübut etdi ki, hər iki dövlətin diləyi, amalı bütün dünyaya nümunə olacaq sülh, sabitlik, inkişaf, qardaşlıq, ittifaq nümunəsidir.Şairin dili ilə obrazlı desək:

Bir ananın iki oğlu,
Bir ağacın iki qolu.
O da ulu, bu da ulu,
Azərbaycan-Türkiyə

Düşünürəm ki, dahi şair Bəxtiyar Vahabzadə -Türkiyə “şeirinə yeni misralar əlavə edərək deyərdi:

Hər bir iştə məqsədimiz, məramımız bir
Qardaş ölkə Azərbaycan- Türkiyə

Gəncə Tibb Kolleci HFBS Hüseynova Şəfiqə

 

18.06.2021  [ 11:48 ]
Bütün hüquqlar qorunur.!  ©  2024