1993- cü il iyun ayının 15- də xalqımızın təkidli tələbi ilə Ümumilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkəmizdəki özbaşınalığa, anarxiyaya, xaosa son qoydu, Azərbaycan 1969- cu ildən başlanan quruculuq xəttinə qayıtdı. Xalqımız həmin günü" Milli Qurtuluş Günü " kimi müstəqil Azərbaycanın tarixinə yazdı. Onun Azərbycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictima- siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil quruculuq prosesi başlandı.
Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994- cü il oktyabr və 1995- ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmə cəhdlərinə son qoyuldu. Heydər Əliyevin Prezidentliyi dövründə milli ordu quruculuğunda ciddi dəyişikliklər başlandı. Qəddar düşmənə əkszərbələr endirildi və 1994- cü ilin mayında Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.
Ümumilli Liderin siyasi fəaliyyəti Azərbaycana xidmətin ən kamil nümunəsidir. Ulu Öndərin Azərbaycan xalqına bəxş etdiyi digər əvəzedilməz töhfə xalqımızın vahid idealogiya- Azərbaycançılıq idealogiya altında birləşməsidir, Vətənə sevgi, məhəbbətdir.
Yeni müstəqil Azərbaycanın qurucusu və memarı, dünya şöhrətli siyasətçisi, ictimai-siyasi dövlət xadimi, elin xilaskar oğlu, böyük şəxsiyyət, nəğmələrdə deyildiyi kimi " el ağsaqqalı ", " el atası "Ulu Öndər Heydər Əliyev Azərbaycanın haqq səsidir. O, Azərbaycan dövlətinin və xalqının xilaskarıdır. Onun uzaqgörən siyasəti, intellektual hiss və duyğuları, insanlıq xüsusiyyətləri bənzərsiz və əvəzsizdir. Şübhəsiz ölüm haqdır.Lakin ensiklopedik biliyə malik insan, Vətən təəssübkeşi Heydər Əliyev ölümə meydan oxudu. Onun fiziki yoxluğu təkcə Azərbaycan xalqı üçün deyil, türk xalqı üçün də böyük itkidir. Amma nə xoş ki bu itkinin yerini dolduracaq Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, siyasi varis, dövlət rəhbəri cənab Prezident İlham Əliyev vardır. Bu gün xalq ata vəsiyyətini yerinə yetirən igid oğlu ilə, yenilməz sərkərdə ilə təsəlli tapır, qürur duyur və onun ətrafında sıx birləşib.
Tarix görkəmli fenomen şəxsiyyətlərin timsalında tarix kimi formalaşır. Ulu Öndər qərinələri özündə əks etdirən kitaba dönərək məhrəm könüllərdə, sadə insanların qəlbində əbədi yuva qurdu. Onu xalqa sevdirən saf mənəviyyatı, sağlam əqidəsi, milli qeyrət və ləyaqətidir.
Zamanın sərt sınaqlarından çıxmış Azərbaycanın ötən günlərini yada salanda nə qədər məyus olurduqsa, bu gün 44 günlük misli görünməyən qələbəmizin gerçəkləşdiyini, tarixi ədaləti bərpa edən Preziden İlham Əliyevin xalqımıza bəxş etdiyi qələbə ilə bir o qədər sevinirik.
Azərbaycan xoşbət dövlətdir. Çünki onun Heydər Əliyev kimi dahi bir dühası, İlham Əliyev kimi Ali Baş Komandanı, Prezidenti, Dövlət rəhbəri və Türkiyə dövləti kimi bir müttəfiqi var.
Ulu Öndər Azərbaycanı məkirli qüvvələrdən, təcavüzkarlardan müdafiə etdi. Heydər Əliyev çoxsaylı islahatlar keçirərək, ölkəmizin inkişafını təmin etdi, Azərbaycanı dünyaya tanıtdı.O, milli dəyərləri üstün tutan, xalqın etimadını qazanmış uzaqgörən siyasətçi idi. Böyük siyasi təcrübəyə malik olan dahi şəxsiyyət Azərbaycanın gələcək rifahı üçün əlindən gələni əsirgəməmişdir.
Heydər Əliyev dünyanın hegemon dövlət xadimləri, siyasətçiləri üçün necə bir siyasi məktəb yaratmışdısa da, onun varisi Ali Baş Komandan İlham Əliyev də 44günlük Vətən Müharibəsində əkshücüm həmləsi ilə dünyada analoqu olmayan hərb tarixində misilsiz döyüş nümunəsi göstərdi.
İllər ötüb keçsə də, qərinələr bir-birini əvəz etsə də, inamla deyirəm ki, siyasət zirvəsində Heydər Əliyevin yeri, müstəsna xidmətləri görünəcəkdir. Bu dahi şəxsiyyətin əsas prinsipi Azərbaycanı müstəqil dövlət səviyyəsində dünyanın nəhəng, sivil ölkələrinə tanıtmaq idi. O, bunu layiqli şəkildə bacardı. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
Gəncə Tibb Kolleci HFBS Hüseynova Şəfiqə