GƏNCƏ TİBB KOLLECİ

Tarix yazan Sərkərdə


Post Image

Artıq Qarabağ adlı Vətən həsrətinə son qoyulmuşdur. Çox sayda ailələr, yaxınlarımız vardır ki, Qarabağ müharibəsində itkilər verib, onların arasında Şəhidlər, qazilər, valideyn himayəsindən məhrum olanlar, ev-eşikləri dağılanlar, əlillər və s. vardır.  Bu yolda canlarını fəda etmiş qəhrəman Şəhidlərimizin ruhu qarşısında baş əyirik, onların ailələrinə, yaxınlarına Allahdan səbr diləyirik. Onların acısı bizim acımız, kədəri bizim də kədərimizdir.

Əvəzsiz nemət olan müstəqilliyimizi qazanmaqdan cəmi 29 il keçməsinə baxmayaraq ölkəmiz  regionunun lider dövlətlərindən birinə çevrilib. Azərbaycanın dövlət müstəqilliyi xalqımızın yüzillər boyu arzuladığı və nail olduğu  səadət və əvəzsiz nemətdir. Danılmaz reallıqdır ki, bu illər ərzində ölkəmiz  dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu yolunda böyük uğurlara imza atmışdır. Gendən gələn fərqli keyfiyyətləri, əhatəli dünyagörüşü möhtərəm Prezident İlham Əliyevi müasir dünyanın ən çevik siyasət yeridən dövlət başçılarından, ən cəsarətli diplomatlarından, ən uğurlu liderlərindən biri etmişdir. Prezidentin dövlət başçısı kimi fəaliyyəti sübut edir ki, ulu öndər Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və uğurla inkişaf etdirilir. Şübhəsiz ki, 44 günlük Vətən müharibəsi zamanı qazanılan zəfərimiz müstəqillik tariximizin ən şanlı səhifələrinə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqını bu qələbəyə aparan ən böyük qüvvə və  danılmaz güc Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərlıyi ilə yenilməz ,müzəffər milli ordumuz oldu.

Respublikamız sivil, demokratik dövlət quruculuğu prinsipləri ilə dinamik inkişaf edir.Dövlət başçısının fəaliyyətində   həyata keçirilən əsas prioritetlərdən başlıcası Vətənin müdafiəsi və xalqın rifahıdır. Prezidentin müasir dünyagörüşü,dünya siyasətinə  yaxından bələd olması, vaxtında atılan cəsarətli addımları, dünyada siyasi proseslərin dərindən təhliletmə qabliyyəti qələbəmizi şərtləndirən əsas amillərdəndir.

Mənəvi abidələrimizdən olan qədim" Oğuznamədə " belə bir  hikmətli deyim var" Oğul atadan görməyincə, qılınc tutamaz ". Cənab  Prezidentin öz sözləri ilə desək" Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim, Hər kəs bizim gücümüzü gördü, hər kəs bizim" Dəmir yumruğ "umuzu anladı ". Cənab Ali Baş Komandan layiqli dövlət başçısı, eləcə də informasiya cəbhəsindəki uğurlu mübarizəsilə  əsil Sərkərdə olduğunu  bütün dünyaya sübut etdi.

Qeyd edim ki,gənc nəsil istər sovetlər dövründə, istərsə də müstəqillik illərində Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edib.  Prezidentin gənclərə olan inamı, ümidləri hər zaman onun siyasətində öndə gələn məsələlərdən olub. Dövlət başçısı Qarabağın işğaldan azad olunmasında gənclərin əməyini vurğulamışdır. Gənclərimiz vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.

Fəxrlə qeyd edim ki, milli ruhda tərbiyə olunan müasir Azərbaycan gəncliyi Prezident İlham Əliyevin dəstəyi ilə müstəqil Azərbaycana layiqli töhfələr verəcək və ölkəni daha inamla işıqlı gələcəyə aparacaq. Bu gəncləri də yetişdirən biz analar, təhsil işçiləriyik. Övladlarımızı Vətən sevgisi, milli-mənəvi ruhda yetişdirmək bizim vəzifə borcumuzdur.

Əldə olunan bütün naliyyətlər bundan sonra da Azərbaycanın daha da çiçəklənməsinə gətirib çıxaracaq. Hər bir Azərbaycan vətəndaşı başını dik tutmalı, Ali Baş Komandan Prezident İlham Əliyev ilə fəxr etməlidir. Hərkəs Dövlət başçısının ətrafında sıx birləşərək, ölkəmizin daha da çiçəklənməsi və rifahı istiqamətində görülən işlərdə yaxından iştirak etməlidir. Prezidentimizin fəaliyyətinə kölgə salmaq istəyənlər, dövlətçiliyimizə ləkə yaxanlar, siyasi təfəkkürü, düşüncə tərzi olmayanlardır. Çox şükürlər olsun ki, işğaldan azad olunmuş ərazilərimizdə hazırda irimiqyaslı yenidənqurma işləri aparılır. Bizim gənclərimizi, övladlarımızı işıqlı gələcək gözləyir. Biz iftixar hissi duyuruq ki, bundan sonra hər bir sahədə güclənən bir Azərbaycan vardır. Qələbə sevincini bizə yaşadan Ali Baş Komandana, müzəffər ordumuza, Azərbaycan əsgərinə eşq olsun deyirik. Yaşasın gələcəyi parlaq olan müstəqil, azad Azərbaycan.

Gəncə Tibb Kolleci HFBS Hüseynova Şəfiqə

 

13.06.2021  [ 18:50 ]
Bütün hüquqlar qorunur.!  ©  2024