Azərbaycan və Türkiyə xalqlarının çox qədim tarixi kökləri, milli- mənəvi təməllər əsasında qurulmuş bağlılığı, eyni dil, din, mədəniyyət və soykökünə malik olmaları sözün həqiqi mənsında bu iki dövlətin qardaş olduqlarını əks etdirir. Turkiyə-Azərbaycan dünyada misli görünməmiş zəngin,səmimi əlaqələrə malik qardaş ölkədir. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam ordusunun Azərbaycana gəlməsi, Bakını daşnakların təcavüzündən xilas etməsi, bu millətin eyni olmasının nümunəsidir. Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndə də onu tanıyan ilk dövlət məhz Türkiyə olub.
1992-ci il yanvarın 14 də iki ölkə arasında diplomatik əlaqələr quruldu. Hər iki dövlət və hökumət başçılarının eləcə də digər rəsmilərinin vaxtaşırı qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayaraq, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına zəmin yaratmış, və eyni zamanda müxtəlif sahələrdə müqavilələr imzalanmasına, sazişlər bağlanmasına gətirib çıxarmışdır.
Azərbaycan -Türkiyə arasındakı münasibətlər hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində dinamik inkişaf edir,bu iki dövlət arasında əlaqələrin seviyyəsi keyfiyyətcə yeni mərhələyə keçir.Bu gun Azerbaycan ve Türkiyəni bir -birinə bağlayan bir çox strateji layihələr fəaliyyət göstərməkdədir. İqtisadi əlaqələr iki qardaş xalq arasındakı əlaqənin möhkəmliyini daha da artırır. En əsası ,Azerbaycan - Turkiyə əlaqələri bütün türk dünyası üçün də mühim əhəmiyyət kəsb edir və türkdilli dovlətlər arasında munasibətlərin inkişafına da guclu təsir göstərir . Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə munasibətlər formalaşır ,bütün sahələrdə əlaqələrin daha da gücləndirilməsinə dair mühim addımlar atılır. Azərbaycan və Türkiyyənin mövcüd potensialı qarşılıqlı ticarət dövriyyəsinin həcminin xeyli dərəcəde artırılmasına imkan verir. Xüsusilə də, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya son səfəri çərçivəsində ölkələrimiz arasında yeni sazişlərin imzalanması siyasi - iqtisadi ,habelə hərbi əlaqələrin daha da gücləndirməsinə xidmət edəcəyi nəzərdə tutulur.Qeyd etmək yerinə düşər ki, Türkiyə - Azerbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci iclasının yekununda Bakıda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 14 əməkdaşlığın müxtəlif istiqamətləri haqqında danişarkən , hərbi sənayə kompleksleri arasında əlaqələrə xüsusi önəm verdiklərini vurğuladı." Azərbaycan və Türkiyə respublikaları arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə " nin imzalanması iki ölkənin qardaşlığını möhkəmləndirən, əlaqələrin inkişafını təmin edən, mütəşəkkil qaydada irəli aparan və xalqımızın daha da birləşməsini və sıx əməkdaşlıq etməsini təmin edir.
Azərbaycan və Turkiyə arasında bu doğma münasibət illərdir var və davam edəcək. Bu münasibətlərin genişlənməsində ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin müstəsna rolu vardır. Ölkəmizin xarici siyasətinin mühim tərkib hissələrindən biri də müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strareji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib, genişləndirilməsidir.
Türkiyə hökuməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ölkəmizə ilk gündən dəstək verərək, problemin ərazi bütövliyi və sülh yolu ilə həllinə tərəfdar olduğunu bəyan etmişdir. 44 günlük tarixi qələbəmizlə bitən, sentyabrın 27-də başlanan müharibədə də Türkiyə dövlətinin bizə mənəvi dəstəyi əvəzolunmazdır.
Beləliklə, bu günə qədər daim Azərbaycan-Türkiyə bir-birinin çətin günlərində dəstək olmuş, beynəlxalq müstəvidə bir-birinin haqq səsinin carçısı olmuşdur.
Fəxrlə deyə bilərik ki, Mustafa Kamal Atatürkün " Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir" və ulu öndər Heydər Əliyevin " Biz bir millət, iki dövlətik" fikirləri artıq həm Türkiyədə, həm də Azərbaycanda 2 ölkə arasındakı münasibətlərin tarixini, bu gününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilməkdədir. Bu fikri dəstəkləyən prezident Rəcəb Tayyib Ərdoğan demişdir " Biz eyni dili danışan, eyni inanca mənsub, ortaq bir tarixi keçmişi olan, sözdə deyil, əməldə qardaş, bir millət, iki dövlətik ".
Cənab Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda haqq-ədalət mübarizəsində güclü siyasi iradə, mükəmməl təmkin və əzmkarlıqla bir daha bütün dünyaya əsl sərkərdə nümunəsi göstərərək türk xalqları tarixinə silinməz imza atdı.
Fransız imperatoru Napaleon Bonapartın" Türkləri öldürmək olar, amma məğlub etmək olmaz " və Alfonse de Lamartin “İnsanlığa şərəf verən türk millətinin düşməni olmaq insanlığa düşmən olmaqdır” fikirləri, türk xalqının dünya tarixini yaradan və onu istiqamətləndirən millətlərdən olduğunu əks etdirir.
Azərbaycan-Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri əzəli və əbədidir. Bu dostluq köklü tarixə və xalqlarımız arasında səmimi könül birliyinə söykənir. Bu qardaşlıq nəsildən- nəsilə keçərək, tarixə əbədi və sarsılmaz möhür vuracaqdır.
Gəncə Tibb Kolleci HFBS Hüseynova Şəfiqə