GƏNCƏ TİBB KOLLECİ

Dövlətimizin başçısı regionlara müntəzəm səfər edir


Post Image

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ölkə iqtisadiyyatının dinamik inkişafında və uğurların qazanılmasında regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı Dövlət proqramları mühüm rol oynayır. Qeyd edək ki, regional Dövlət proqramlarının əsas mahiyyəti ondan ibarətdir ki, bütün sahələr orada əhatə edilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində son illər Azərbaycan dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarix yazır.

Məhz ötən illərdə aparılan məqsədyönlü və kompleks dövlət siyasəti nəticəsində hazırda Cənubi Qafqazın ümumi iqtisadiyyatının dörddə üçü respublikamızın payına düşür.

Ölkənin inkişafı üçün, xüsusilə, enerji potensialının yaradılması istiqamətində mühüm rol oynayan infrastruktur layihələrinin icrası prioritet məsələlərdəndir. Həmçinin ölkəmizin hərtərəfli inkişafı üçün yol infrastrukturu da böyük rol oynayır. Yolların tikintisi məsələləri daim dövlətin diqqət mərkəzində olmuşdur.

Son illər ərzində  Azərbaycan böyük uğurlara imza atmışdır. Hər bir şəhər öz tarixi özəlliyini,xüsusiyyətlərini saxlayaraq müasirləşir , hər bir rayonda abadlıq işləri görülür, ictimai yerlər salınır, parklar, xiyabanlar, mədəniyyət ocaqları, küçələr, binalar yenilənir.

Bu nailiyyətlərin əldə edilməsində müstəsna rolu olan Dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına səbəb olmuş, Azərbaycanı bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevirmişdir. Bu müddət ərzində regionlarda ümumi məhsul istehsalı, sənaye məhsulu , rabitə xidmətlər, əhalinin gəlirləri, orta aylıq əmək haqqı, əhaliyə göstərilən pullu xidmətlər xeyli artmışdır.

Möhtərəm cənab Prezident bölgələrə səfərləri çərçivəsində  müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində şəxsən iştirak etmiş, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olmuş, eləcə də ictimaiyyətlə görüşlər keçirmişdir.

Növbəti səfər çərçivəsi daxlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsən rayonunda “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olub.

“AzerGold” QSC təkcə “Çovdar” yatağının istismarı nəticəsində ölkənin qeyri-neft məhsulları ixracatçıları arasında lider mövqeyə yüksəlib, qızıl və gümüş ixracından ölkə iqtisadiyyatına xarici valyutada 640 milyon manata yaxın vəsait cəlb edilib. İndiyədək ümumilikdə 245 min unsiyadan çox qızıl və 434 min unsiyadan çox gümüş ixrac edilib. Artıq “AzerGold” qızıl layihələrinin icrası üzrə büdcədən asılılığın tam surətdə aradan qaldırılmasına nail olub. Cəmiyyət tədavülə istiqraz buraxan ilk milli dağ-mədən şirkəti kimi də tarixə düşüb. Cəmiyyətin metal ehtiyatları 24 dəfə artıb.

Onu da qeyd edək ki, “Mərəh” “AzerGold”un istismarına başladığı üçüncü qızıl mədənidir. Layihənin icra müddəti iki ildir.

Qeyd edək ki, 2020-ci ildən “AzerGold”un fəaliyyət sahəsi genişləndirilib. Ölkə ərazisində qara metal filizi yataqlarının işlənilməsi və idarə edilməsi də Cəmiyyətə həvalə olunub. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətə başlayıb. Bu layihənin başlıca hədəfi qısa müddət ərzində dəmir filiz yataqların hasilata verilməsi və metal qırıntıları əvəzləyən, həmçinin daha keyfiyyətli metallurgiya məhsullarının istehsalı üçün xammala tələbin təmin edilməsidir.

Prezident İlham Əliyev “Mərəh” qızıl mədənində süxurların ilk partlayış prosesini izlədi.

Dövlət Başçısının ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasından qaynaqlanan, hər bir vətəndaşın rifahının davamlı olaraq yüksəlməsinə yönələn uzaqgörən, sistemli və qətiyyətli siyasəti bundan sonra da qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsini, ölkəmizin, o cümlədən regionların inkişafının daha da sürətlənməsini təmin edəcəkdir.

Gəncə Tibb Kolleci:  HFBKS  Hüseynova Şəfiqə Səttar qızı

27.07.2021  [ 20:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024