GƏNCƏ TİBB KOLLECİ

Kollecin rəhbərliyi birinci kurs tələbələri ilə görüşdü


Post Image

Oktyabrın 3-də Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev tibb təhsili almaq üçün kollecə qəbul olun tələbələrlə  görüşüb. Tədbirdə tələbələrlə yanaşı tibbi təhsil müəsisəsinin həkim - müəllim heyəti  də iştirak edirdi. Görüşdə yeni tələbə adını qazananları salamlayan Mehman Rzayev onlara dərslərində və gələcək təhsil karyeralarında uğurlar arzuladı. Kollecin direktoru vurğuladı ki, bu gün dövlətimiz tərəfindən səhiyyənin və tibbi təhsilin inkişaf etdirilməsi üçün lazım olan şərait yaradılıb:

“1931-ci ildən fəaliyyət göstərən kollecimiz son dövrlərdə yüksək səviyyədə təmir olunub və müasir avadanlıqlarla təchiz olunub. Bildiyiniz kimi hazırda 7 ixtisas üzrə tələbələrimiz hazırlanır. Son illər çox yüksək texniki təminatlı laboratoriyalar tələbələrimizə tibbi biliklərə dərindən yiyələnmək üçün imkanlar yaradır. Maddi-texniki bazanın gücləndirilməsi ilə təhsilin səviyyəsinin artırıldığı kollecimizdə ötən illərlə müqayisədə əlaçı və zərbəçi tələbələrimizin sayında nəzərə çarpacaq dərəcədə artım var. Bu bizi sevindirir. Gələcəkdə Gəncə Tibb Kollecində təhsilin səviyyəsini daha da yüksəltmək üçün yeni tədbirlər planı işləyib hazırlamışıq. Növbəti tədris ilindən kollecimiz beynəlxalq əlaqələri daha da inkişaf etdirmək, yetirmələrimizin bilik və bacarığının daha da artırılması istiqamətində işlərimizi təkminləşdirmək arzusundayıq. Bu gün sevindirici haldır ki, artıq bizim kollecimizi bitirən məzunlarımızın səsləri nəinki Gəncənin, həmçinin Azərbaycanın bütün tanınmış tibb müəssisələrindən gəlir” deyə Rzayev əlavə edib.

Kollecin maddi texniki bazasının tam müasirləşdiyini vurğulayan direktor bu sahədə ciddi irəliləyişlərin olduğunu da qeyd edib:

“Bu gün kollecimizdə tibbi təhsilin sirrlərinə yiyələnmək, tibbi elmin dərinliklərini bilmək, müasir texnologiyalardan istifadə etməklə ən son yenilikləri öyrənmək üçün münbit şərait yaradılıb. Elektron və ənənəvi kitabxana, müasir texnologiyalarla və ən son model avadanlıqlarla təchiz edilmiş laboratoriyalarımız, yüksək sürətli internet və elektron lövhələrlə təmin olunan dərs otaqlarımız, təcrübəli və ixtisaslaşmış həkim-müəllim kollektivi, dərslərin təşkilində və dəvamiyyətin təmin olunmasında yaradılan qayda qanun sizin peşəkar bir tibb işçisi kimi yetişməniz üçün zəmin olacaq” deyə M. Rzayev əlavə edib.

  Direktor onu da qeyd edib ki, kollecin, həkim-müəllim kollektivinin, tələbələrin qarşısında duran əsas vəzifələrindən biri  gələcək tibb işçilərinin tərbiyə işinin tədrislə birlikdə düzgün təşkil olunmasıdır:

“Tələbələrin vətənpərvər ruhlu bir şəxsiyyət  kimi formalaşması gələcək tibb işçilərinin milli mənəvi dəyərlərinin qorunub saxlanması və peşələrinə şəfqət hissinin artırılmasına kömək edəcək. Müasir gənclərin elmi bilik səviyyəsini artıran və yüksək ixtisaslı tibb işçisi kimi hərtərəfli inkişafını təmin edən  konfrans və tədbirlər müəllimlərin iş planında öz əksini tapır. Bu gün bizim  kollecimizdə tələblər yalnız tibb elminin dərinliklərini deyil, həm də gənclər təşkilatının xəttilə, həkim-müəllimlərin iştirakı ilə nitq ünsiyyət, süfrə, geyim, nəqliyyat,  və digər mədəniyyətlərin aşılanması üçün dərsdən kənar xüsusi məşğələlərin təşkil edilməsi ilə yüksək mədəniyyətə və biliyə malik tibb işçilərini yetişdirmək istəyirik” deyə kollecin rəhbəri vurğulayıb.

   Mehman Rzayev bildirib ki, kollec təhsil müəssisəsini yüksək qiymətlərlə bitirən bilikli və bacarıqlı məzunların gələcəkdə işlə təminatı məsələsini də prioritet hesab edir. Direktor bu il məzun günündə kollecdə regionda fəaliyyət göstərən işə götürənlərin iştirakı ilə tələbələr üçün əmək yarmarkasının da təşkil olunacağını bildirib.

  Sonra Mehman Rzayev kollecə yeni qədəm qoyan tələbələrin də fikirlərini öyrənib. Onlar öz növbələrində yaradılan yüksək şəraitə görə dövlət başçısına və kollecin rəhbərliyinə öz münnətdarlıqlarını bildirdilər və gələcəkdə öz bilik və bacarıqları ilə yaxşı oxuyacaqlarına, peşəkar tibb işçiləri olacaqlarına söz verdilər.

Tələbələrlə görüş 3 gün davam edəcək. Bundan sonra yeni qəbul olunan tələbələrin valideynləri ilə də görüşlərin keçirilməsi nəzərdə tutulur.

 

03.10.2023  [ 14:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024