GƏNCƏ TİBB KOLLECİ

Bütün şəhidlərin qisasını aldıq


Post Image

2020-ci  il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində  əldə etdiyi qələbə  sayəsində ölkəmizin ərazi bütövlüyü təmin olundu. 30 il davam edən işğala son qoyuldu. 44 günlük Vətən müharibəsi Azərbaycanın rəşadətli Milli Ordusunun tarixi Zəfəri ilə başa çatdı.

Prezident İlham Əliyev ardıcıl və məqsədyönlü siyasət yürüdərək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün beynəlxalq səviyyədə zəruri hüquqi baza yaradaraq, güclü iqtisadiyyat,hərbi təchizat  sayəsində artıq tarixə dönən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail oldu, yüksək diplomatik məharətlə ölkəmizə qarşı təzyiq və təhdid cəhdlərinə baxmayaraq milli maraqlarımızı qətiyyətlə qorudu. İşğal altındakı torpaqlar  geri alındı." Azərbaycan 44 gün ərzində XXI əsrin müharibəsini apararaq öz gücünü bütün dünyaya göstərdi."

Vətən müharibəsində şanlı qələbəmizi təmin edən amillərdən biri də xalqımızın yüksək vətənpərvərlik hissində, birlik və həmrəylik göstərməsində idi.

Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən çox yaşayış məntəqəsinin geri qaytarılmasını yada salaq. Şuşa uğrunda döyüşlər qızıl həriflərlə tarixə yazılan Azərbaycan əsgərinin Uca Allahın(ə.c.) yardımıyla gerçəkləşən şücaət cəngidir. Şuşanin azad edilməsi isə düşmənin başını "dəmir yumruqla" əzən, qələbəni bir addımlıqda edən son mərhələ oldu. Torpaqlarımız hərbiçilərimizin rəşadəti, şəhidlərimizin canı-qanı bahasına geri alındı. Məhz elə buna görə də hər il noyabrın 8-i Respublikamızda Zəfər günü kimi təsis edilib.

"Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində bizim müharibəmiz, ikinci Qarabağ müharibəsi öyrənilir" deyən proqmatik dövlət başçısı bütün çıxışlarında torpaqlarımızın geri alınacağını qətiyyətlə vurğulayırdı. Cənab Ali Baş Komandan Ilham Əliyevin Şuşa şəhərində əsgərlər qarşısında     çıxışını xatirlatmaq yerinə düşərdi:"Bakıda  möhtəşəm Dövlət Bayrağı Meydanı açılanda mən çıxış edərək demişdim ki, gün gələcək  və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdir.Bax, bu gün gəldi."

Gözün aydın, Ali Baş Komandan! Gözün aydın,Azərbaycan xalqı!

Bəli, o gün gəldi. Biz bir xalq olaraq Qarabağ uğrunda canlarını fəda etmiş əzizlərimizin qisasını aldıq, həm də döyüş meydanında. İndi şəhidlərimizin qanı ilə boyanan torpaqlarda üçrəngli bayrağımız vüqarla dalğalanır. Artıq haqq yolunda,Torpaq,Vətən uğrunda həlak olmuş şəhidlərimizin qəhrəmanlığı sayəsində bütün dünya bizi müzəffər dövlət, müzəffər xalq kimi tanıyır.

"İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu şanlı Qələbə Azərbaycan xalqının tarixində əbədi qalacaq."

Təəssüf ki, müharibə itkisiz olmur. Bizim də İkinci Qarabağ müharibəsində əvəzsiz itkilərimiz oldu. Dövlət, müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının ödənilməsini, həmçinin, Vətən uğrunda öz canlarından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin mənzil və avtomobillərlə təmin olunmasını, ətraf üzvlərini itirmiş hərbiçilərimiz üçün ən müasir protezlərin təşkilini diqqətdə saxlayır.

14 iyul tarixində Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri ilə görüşündə onlara daim dövlət qayğısının olacağını vurğuladı.  Bu görüş sosial-siyasi əhəmiyyət  ilə yanaşı milli-mənəvi, vətənpərvərlik baxımından da çox böyük əhəmiyyətə malikdir. Dövlət başçısının “Azərbaycan xalqına xidmət etmək mənim üçün böyük şərəfdir,"ifadəsi xalqa ləyaqətlə xidmətin bariz nümunəsidir.
        
Gəncə Tibb Kolleci:  HFBKS  Hüseynova Şəfiqə Səttar qızı

16.07.2021  [ 09:42 ]
Bütün hüquqlar qorunur.!  ©  2024