GƏNCƏ TİBB KOLLECİ

Əməllərlə təstiq olunan vədlər


Post Image

Müzəffər Ali Baş Komandanın uğurlu daxili və xarici siyasəti, qətiyyəti, siyasi iradəsi və Azərbaycan Ordusunun şücaəti sayəsində doğma Qarabağımız düşmənin işğalından azad edildi. Ali Baş Komandan ölkəmizin ərazi bütövlüyünü bərpa edərək yeni tarix yazdı. O, dediyi hər bir vədi layiqincə həyata keçirərək Azərbaycan xalqının Prezidentinə olan inamını və məhəbbətini daha da gücləndirdi.

Azərbaycan Respublikasının azadlığı, suverenliyi,  ərazi bütövlüyü və Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri,öz sağlamlıqlarıını itirmiş qazilər  dövlət  tərəfindən daim qayğı ilə əhatə olunur. Dövlət başçısı əhalinin həssas qruplarına qarşı daim mənəvi dəstək göstərir, onların sosial problemlərinin həllini diqqətdə saxlayır.

“Mən hər bir azərbaycanlının Prezidentiyəm” söyləyən dövlət rəhbəri öz əməli işində hər bir vətəndaşının qayğısına qaldığını sübut etməkdədir. Xalq hər zaman öz Prezidentini dəstəkləyir.  

Dövlət rəhbərinin qayğı və diqqəti milli mənsubiyyətindən asılı olmayaraq,  ölkəmizdə yaşayan hər kəsi əhatə edir.

İlham Əliyevin həyata keçirdiyi  islahatların uğurlu nəticələri hər sahədə özünü göstərir. Bu islahatlar, ümumiyyətlə onun müharibə əlillərinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi bütün işlər ölkəmizin inkişafına, dünyada nüfuzunun artmasına xidmət edir.

Cənab Prezidentin rəhbərliyi ilə respublikamızın bütün bölgələrində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanlarının mənzil və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleksli tədbirlər buna əyani sübutdur.  Şəhid və qazi ailələrinə dövlət qayğısıdır ki, onların üzləşdiyi çətinliklər dərhal aradan qaldırılır, müraciətləri dinlənilir və operativ yardımlar göstərilir.

İkinci Qarabağ müharibə əlillərinin sosial şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərdən biri də Qarabağ qazilərinin evlərlə, mənzillərlə, avtomobillərlə təmin olunmasıdır.

Son 18 ildə Azərbaycan Respublikası Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf yolu keçərək böyük nailiyyətlər qazanmış, beynəlxalq aləmdə söz və nüfuz sahibi olmuşdur. Dövlət başçısının həyata keçirdiyi möhtəşəm layihələr dövlətimizin qüdrətinin daha da artmasına, xalqımızın bundan da xoşbəxt və firavan yaşamasına xidmət edir. Buna görə də xalq öz dövlət liderinin ətrafında  sıx birləşmişdir. Xalq öz rəhbərini  sevir, onun müdrik siyasətini dəstəkləyir, Vətənimizin inkişafı naminə gördüyü işlərlə fəxr edir.

Gəncə Tibb Kolleci:  HFBKS  Hüseynova Şəfiqə Səttar qızı

29.08.2021  [ 17:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024