Dünya üçün çox dramatik bir vaxtda tarixin hansı məcrada inkişaf etməsini görmək istəyən Azərbaycandan izləsin. Bu torpağın, bu millətin necə mərd, ləyaqətli, şücaətli, humanist, milli-mənəvi dəyərlərimizə sadiq qalan, bununla yanaşı daim müasirləşən, dini etiqadlarını qoruyub saxlayan, şanlı tarix yazan övladlarına, oğul və qızlarına baxsın. Belə nəcib insanlardan biri də Mir Cəlal Paşayevin ocağında dünyaya göz açan, Ulu Öndər Heydər Əliyev və Zərifə xanım Əliyeva kimi şəxsiyyətlərin xalqa, millətə xidmət nümunəsindən dərs alan Mehriban xanım Əliyevadır.
Mehriban xanım Əliyeva nəinki Azərbaycan xalqı tərəfindən, həm də bir çox dünya xalqları tərəfindən təkcə cənab Prezident İlham Əliyevin xanımı kimi deyil, həmçinin sözün əsl mənasında onun məsləkdaşı, əqidə yoldaşı, çiyindaşı kimi tanınır və sevilir. Bu sevgini ona qazandıransa Mehriban xanımın fəaliyyət missiyası ilə bağlıdır. O, Azərbaycan mədəniyyətinin, təhsilinin, tolerantlılığının dünya səviyyəsində tanınması və inkişafı yolunda özünəməxsus bir zirvə fəth etmişdir. Bu da onun bütün varlığı ilə xalqına bağlı olduğunu göstərir.
Mehriban xanım Əliyevanın ulu tariximizə, dünyada analoqu olmayan Qobustan açıq hava muzeyində qorunan maddi-mədəniyyət nümunələrimizə qayğıkeş münasibəti, xalqımızın zəngin mədəni ənənələrinin qorunub saxlanılmasına, qaçqınların, məcburi köçkünlərin, qazi və şəhid ailələrinin problemlərinin həllinə göstərdiyi xüsusi diqqət və qayğı, aztəminatlı ailələrdən olan uşaq və yeniyetmələrin həyat səviyyəsinin yaxşılaşmasına,təlim-təhsilinə yönələn misilsiz fəaliyyəti onun nəcibliyinin, xeyirxahlığının, yüksək ləyaqətinin təcəssümüdür. Yeri gəlmişkən bir-iki faktı oxuculara çatdırmaq istəyirəm: Üç il bundan əvvəl bacımın əməliyyat olunması,qızımın təhsil haqqından azad edilməsi Mehriban xanımın saysız-hesabsız xeyriyəçilik fəaliyyətlərindən bir damladır. Bunlar mənim kimi minlərlə ailələrin, onların yaxınlarının qarşılaşdığı reallıqlardır.
Vitse Prezidentin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığı,Qlobal humanitar missiyadakı xidmətləri, İSESKO Xətti ilə olan fəaliyyəti, mədəni layihələr, Azərbaycanın ən qiymətli sərvətlərindən biri olan muğanınYUNESKO səviyyəsində tanıdılması və inkişafı istiqamətində önəmli bir missiyanı həyata keçirməsi, ekoloji problemlərin həllinə yönələn təşəbbüslər, ölkədə idman hərəkatına dəstək, idmani milli həmrəylik rəmzinə çevirmək amacı, bədii gimnastikanın inkişafı, təbiətindəki nəcıbliyi, iradəni əks etdirir. Onun təşkilatçılıq məharəti sayəsində ölkəmizin beynəlxalq nüfuzunu artıran layihələr, bir sıra iri miqyaslı humanitar proqramlar uğurla həyata keçirilmişdir. Azərbaycanı beynəlxalq aləmdə sülhə, yaradıcı inkişafa, digər dövlətlərlə əməkdaşlığa çağıran dövlət kimi tanıtmaqda Mehriban xanım Əliyevanın əvəzsiz rolu vardır.
İkinci Qarabağ müharibəsində döyüş meydanında qazandığımız Şanlı qələbədən sonra da Mehriban xanım Əliyeva azad edilmiş torpaqlarımızı Ali Baş Komandan İlham Əliyevlə birgə ziyarət edir.Onun geniş miqyaslı layihələrin təməlqoyma mərasimində iştirakı, uşaq-böyük, gənc-yaşlı, hər kəsə şəfqətlə, nəcibliklə yanaşması, eyni zamanda mübarizə əzmiylə ölkəmizi beynəlxalq aləmdə yüksək səviyyədə təmsil etməsi Mehriban xanımın Vətən və millət yolunda müqəddəs mücadiləsindən xəbər verir.
Mehriban xanım Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fo ndunun prezidenti, millət vəkili missiyaları, siyasi və yaradıcılıq fəaliyyətləri, yeni-yeni layihələri həyata keçirmək əzmi, şövqi insanı valeh edir. Onun mübarizə əzmi öz zirvəsinə doğru irəliləməkdə davam edir.
Millət həmişə ağı-qaradan seçməyi, öz fədakar övladlarını qiymətləndirməyi bacarır. Onun mübarizə əzmi öz zirvəsinə doğru fədakarlıqla irəliləməkdə davam edir.
Bu böyük missiyanı uğurla davam etdirməsi yolunda Mehriban xanım Əliyevaya Azərbaycan qadınları adından ən xoş diləklərimizi çatdırırıq.