44 gün davam edən Vətən müharibəsi Azərbaycanın mütləq qələbəsi,Şanlı Zəfəri ilə başa çatdı. Azərbaycan dövləti, Müzəffər Azərbaycan Ordusu bütün dünyaya göstərdi ki, dövlətimiz nə qədər güclü, ordumuz nə qədər rəşadətlidir. Cənab İlham Əliyev bütün xalqın lideri olmağı bacardı və Azərbaycanı bir yumruq kimi düşmənə qarşı birləşdirə bildi. Ölkə başçısnın atdığı qətiyyətli addımlar, yürütdüyü müdrik siyasət nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü döyüş meydanında təmin etdi.
Ermənilər nə qədər çalışsalar da xalqımızın iradəsini qıra bilmədilər. Onlar elə hesab edirdilər ki, azərbaycanlılar öz dədə-baba yurdlarına,əzəli torpaqlarlna bir daha qayıda bilməyəcəklər. Azərbaycan xalqı işğalçı dövlətin bu xülyasını puç etdi. Biz yeni tarix yazaraq torpaqlarımızı yağı düşməndən azad etdik,biz zəfərlə torpaqlarımıza qayıtdıq.
Biz sübut etdik kı, İkinci Qarabağ müharibəsi otuz il ərzində ermənilərin öyündüyü dırnaqarası “hərbi qələbə” , “yenilməz ordu”,"cəsur erməni əsgəri" mifologiyasını tamamilə məhv etdi.İndi nə erməni ordusu var, nə də qalib erməni əsgəri. Erməni əsgəri fərari, erməni dövləti işğalçıdır.Azərbaycan əsgəri isə sübut etdi ki, hər an Vətən uğrunda şəhid olmaga hazırdır.
Azərbaycan xalqı unutmamalıdır ki, zaman dəyişsə də erməni faşizmi dəyişmir və dəyişməyəcək.Onlar xalqımızın humanizimindən,xarici havadarlarından daim istifadə edərək özlərini "nə isə" hesab etmişlər.
Erməni vandalları Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Kəlbəcərdə kəndləri dağıdıb, məscidləri təhqir edib,uçurub, təbii sərvətlərimizi talan edib, çaylarımızı zəhərləyib, meşələrimizi qırıb, bütün infrastrukturu məhv ediblər. Şükürlər olsun ki, artıq Şəhidlərimizin və soydaşlarımızın qisası Müzəffər Ali Baş Komandan, qətiyyətli və dəmir iradəyə sahib qalib sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə şücaətli, igid Azərbaycan oğlulları Şəhidlərimizin və soydaşlarımızın qisasını aldılar.
Bildiyimiz kimi,azad edilmiş torpaqların bərpası ilə bağlı dövlət başçısı cənab İlham Əliyev tərəfindən bir çox mühüm qərarlar qəbul edilib,genişmiqyaslı işlər aparılır. Əhalinin təhlükəsiz yaşaması üçün İlkin olaraq həmin ərazilərin minalardan təmizlənməsi həyata keçirilir. Çünki hər bir vətəndaşımız dövlətimiz üçün dəyərlidir.Bütün təhlülkəsizlik tədbirləri mərhələli şəkildə yekunlaşdırılaraq dağıdılmış şəhərlər və rayonlar planlı şolaraq bərpa edilir.
Məlumat üçün qeyd edək ki, bugünlərdə azad edilmiş torpaqlarda dövlət başçısı tərəfindən böyük infrastruktur obyektlərinin təməli qoyuldu: Füzulidə, Zəngilanda, Laçında beynəlxalq hava limanının tikintisinə start veridi.Bu isə azad edilmiş bölgələrin - Şərqi Zəngəzurun, Qarabağın bərpası, insanların bu zonalara qaytarılması üçün yeni imkanlar açacaq,dövlətimizin hərbi məqsədlərinə xidmət edəcəkdir.
Dövlətimizin başçısı və birinci xanım Toğana-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlinin qoyulması mərasimində iştirak edərək tunelin təməlini qoydu. Sonra Prezident İlham Əliyev Kəlbəcər Kiçik Su Elektrik Stansiyasında görülən işlərlə tanış oldu.
Dövlət başçısı bildirdi kı, Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” zonası kimi yaşayacaq və bizim bütün planlarımız yerinə yetiriləcək. Cəmi 7-8 ay ərzində bu qədər işin görülməsi dövlətimizin gücünü, əzmkarlığımızı, güclü siyasi iradəmizin olduğunui göstərir.
Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yollarının xüsusi əhəmiyyətindən danışan Prezident İlham Əliyevin sərəncamına əsasən Kəlbəcər-Laçın avtomobil yolu üzərində üç tunel, altkeçidlər və körpü inşa olunacaq.Dövlət başçısı Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3.4 kilometr uzunluğundakı tunelin təməlini də qoydu.
Qeyd edək ki,Basarkeçər rayonu, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır. 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur. O cümlədən Zod kəndinin sakinləri də azərbaycanlılar idi, deportasiyaya məruz qalmışlar.Prezident Basarkeçərin adının bərpa edilməsini, Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələrnini əsl adları ilə də çağırılmasını göstəriş verdi.
Xalq, Cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş şəhərlərimizin yaxın gələcəkdə ölkəmizin incisi,dünyanın möcüzəsi olacağına inanır və böyük qayıdış gününü səbirsizliklə gözləyir. Biz təhsil işçiləri də həmişə olduğu kimi bu gün də dövlətimizin və prezidentimizin yanındayıq.
Gəncə Tibb Kolleci: HFBKS Hüseynova Şəfiqə Səttar qızı