GƏNCƏ TİBB KOLLECİ

Tarixi qərar qəbul olunan gün


Post Image

" Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq".

İlham Əliyev

2020 -ci il dekabrın 2-də Prezident İlham Əliyevin Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi təsis edilmişdir.           

Düz bir il bundan əvvəl Azərbaycanın Milli Ordusu torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qalxdı. 44 gün davam edən Vətən müharibəsi Müzəffər Ordumuzun tarixi Zəfəri ilə başa çatdı.Təəssüf ki,müharibələr itkisiz olmur. İkinci Qarabağ müharibəsində Azərbaycan xalqının da əvəzsiz itkiləri oldu. Haqq-ədalət savaşında bir an belə tərəddüd etmədən öz həyatını qurban verərək Şəhidlik zirvəsinə, ölümləri ilə ölməzliyə ucaldılar qeyrətli oğullarımız. Onlar Qələbə tariximizi öz qanları ilə yazdılar. Erməni vandallarının törətdikləri vəhşiliklər  Azərbaycan xalqının iradəsini qıra bilmədi. Xalqımızın öz dövlət başçısına inamı, ümidi sonsuz idi. Və biz inanırdıq ki, Ali Baş Komandan 30 illik həsrətə  son qoyacaq. Bu,belə də oldu.

44 günlük müharibə nəinki ölkəmizdə yaşayan digər xalqların nümayəndələrini, eyni zamanda vətənin hüdudlarından kənarda yaşayan Azərbaycansevərləri, o cümlədən qardaş Türkiyəni bir yumruq kimi səfərbər edib birləşdirdi.

Ədalətli Vətən müharibəsində gənc nəsil, bütövlükdə  xalqımız elə bir mənəvi zənginlik, birlik, həmrəylik, milli dəyanət, azərbaycançılıq ideologiyası, Vətən sevgisi göstərdi ki, düşmən bu birlikdən sarsıldı.

Gənc nəslin milli ruhda tərbiyə olunmasında, azərbaycançılıq ideyası, milli ideologiya əsasında Vətən sevgisi aşılanmasında Azərbaycan müəlliminin, Azərbaycan qadınının yetişdirdiyi övladlar bir çox xalqlara nümunədir.

Xoşbəxtik ki, biz bu tarixi qələbəmizin şahidləri, bir çoxlarımızın övladları, yaxınları isə İkinci Qarabağ Müharibəsinin iştirakçıları olublar. Demək olar ki, elə bir ev yoxdur  ki, o evin döyüşdə iştirak edən bir övladı olmasın.

Mən əminəm ki, gənclərimiz zaman keçdikcə Şanlı Qələbəmizin mahiyyətini daha dərindən anlayacaq, bu tarixi Zəfərin milli varlığımızı, dövlətçilik ənənələrimizi, parlaq sabahımızı, işıqlı gələcəyimizi və əlbəttə  mənəvi dünyamızı necə dəyişdiyinin daha çox fərqində olacaq.

Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  Bakıda Anım günü ilə bağlı təşkil olunmuş yürüşdə iştirak etmişlər. Bu mənzərə- xalq, ordu, Ali Baş Komandan birliyinin təcəssümüdür. Dünya  bu birliyi seyr etsin.

27 sentyabr-Anım Günündə  Şəhidlər xiyabanında türkiyəli qardaşlarımızın da iştirakı birliyimizi bir daha nümayiş etdirdi.

Xalq Anım günündə Qəhrəman Şəhidlərin məzarını ziyarət etdi. Şəhidlər, qazilər, hərbiçilər bizim qürur mənbəyimizdir. Allah Vətən uğrunda canından keçən bütün Şəhidlərimizə Rəhmət etsin! İkinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq!

Gəncə Tibb Kolleci:  HFBKS  Hüseynova Şəfiqə Səttar qızı

 

28.09.2021  [ 16:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024