Sentyabrın 27-də 2-ci Qarabağ Müharibəsi başlanandan erməni faşistləri öz çirkin xarakterlərinə uyğun olaraq beynəlxalq normalara zidd şəkildə Azərbaycanın dinc əhalisinə ayrı ayrı vaxtlarda istifadəsi qadağan olunmuş ballistik raketlərlə zərbələr endiriblər. Belə raket hücumları zamanı ən çox dağıntıya məruz qalan və dinc sakini həyatını itirən şəhərlərdən biri də Gəncədir. 44 günlük müharibə dövründə ümumilikdə şəhərə atılan 13 raketdən 8-i partlayıb, mülkü əhaliyə ciddi ziyan dəyib, 26 nəfər həyatını itirib, 130-dan çox nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yüzlərlə yaşayış evi, mülki obyekt, məktəb binası, çoxmənzilli binalara ciddi ziyan dəyib. Ən çox ciddi tələfat və dağıntı olan ərazilərdən biri də
Gəncənin Muxtar Hacıyev küçəsində yerləşən yaşayış evləridir.
17 oktyabr 2020-ci il tarixdə Gəncənin dinc əhali yaşayan bu ərazisinə atılan “SCUD” tipli ballistik raketin zərbəsi nəticəsində çoxlu sayda insan həyatını itirdi, ağır və ciddi bədən xəsarətləri aldılar, bir çox yaşayış evləri yerlə yeksan oldu, təmamilə dağıldı. Raket zərbəsi nəticəsində dağılmış evlərdən birinin dağıntıları həyatını itirənlərdən biri də Rusiya Federasiyası vətəndaşı, 2007-ci il təvəllüdlü Mayakov Artur Ramil oğlu idi. O Gəncəyə, yaxın qohumlarının evinə, ata yurduna qonaq gəlmişdi. Heç vaxt heç kimin ağlına da gəlməzdi ki, 13 yaşlı uşaq erməni vandalizminin və faşizminin qurbanı olacaq.
Bu dəhşətli hadisələrin bir ili yaxınlaşır. Öz əzizlərini, qohumlarını, dostlarını, qonşularını, doğmalarını itirən insanlar hər gün həmin anları göz yaşları ilə xatırlayırlar.
Bu günlərdə Gəncə Tibb Kollecinin rəhbərliyi və bir qrup əməkdaşı həmin dəhşətli raket zərbələri zamanı həyatını itirən 13 yaşlı Artur Mayakovun yaxınlarını ziyarət ediblər. Görüş zamanı kollecin direktoru Mehman Rzayev erməni vandalizminin və faşizminin bütün dünyaya sübut etdiyi bu raket hücumları nəticəsində, ümumilikdə vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərimizə Allahdan rəhmət dilədi. O qeyd etdi ki, beynəlxalq normalara zidd olan, hətta döyüş bölgələrində belə istifadəsi qadağan olunan ballistik raketləri dinc əhali yaşadığı əraziyə atmaqla ermənilər bir daha sübut etdilər ki, onlar insanlıq normalarından çox uzaq, vəhşi və vandaldırlar:
“Bu gün biz sizinlə az da dərdlərinizi bölüşmək, Artur və onun kimi yüzlərlə günahsız insanların əzizlərinə təskinlik vermək üçün gəlmişik. Ali Baş Komandan İlham Əliyev də öz çixişinda dəfələrlə vurğulayıb ki, erməni faşistlərinin bu vandalizmi, vəhşiliyi heç zaman yaddan çıxmayacaq, bu dəhşətli qətilləri törədənlər və buna əmr verənlər beynəlxalq məhkəmə qarşısında cavab verəcəklər” deyə Mehman Rzayev vurğulayıb.
13 yaşlı şəhidin yaxınları onlara göstərilən mənəvi dəstək və diqqət üçün Gəncə Tibb Kollecinin kollektivinə öz minnətdarlıqlarını bildiriblər.