Azərbaycan Uca Allahın bəşər sivilizasiyasına bəxş etdiyi ərazilərdən biridir. Azərbaycan xalqı isə bu sivilizasiyanın tərkib hissəsidir.
Məlumdur ki, “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib.
XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də vardır. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməldir.
Azərbaycan xalqına qarşı ermənilərin törətdikləri kütləvi cinayətlərdən biri də antibəşəri mahiyyəti, faciənin miqyası, qəddarlığı və amansızlığı ilə xüsusi olaraq seçilən Xocalı soyqırımıdır.
İşğal, terror deyəndə ilk olaraq Ermənistan yada düşür.
Ermənistanın Azərbaycana təcavüzünün faciəli nəticələri təkcə Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı yeddi rayonun işğal edilməsi, milyona yaxın insanın qaçqın və məcburi köçkünə çevrilməsi ilə məhdudlaşmır, Azərbaycan tarixinə, mədəniyyətinə, xalqın dini əqidəsi ilə bağlı dəyərlərə də ağır zərbələr vurub.
Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı nəticəsində oradakı bütün muzeylər, məscidlər, abidələr dağıdılıb.
Arxeoloji qazıntıların nəticələri sübut edir ki, dünya və Şərq memarlığının ən gözəl incilərindən olan abidələrin əksəriyyəti bu torpaqlardadır. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hərbi məqsədlər üçün istifadə edilərək qəsdən dağıdılıb. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib.
İşğalçılar kurqanları dağıdaraq qarət etdikləri tapıntıları Ermənistana daşımışlar.
Ermənilər zəbt olunmuş Azərbaycan ərazilərində soydaşlarımızın məzarlarını, mərmər daşları, qəbirüstü abidələri qarət etmiş, İşğaldan azad etdiyimiz ərazilərdəki meşələri yandıraraq, təbiətin incisi sayılan çinarlıqları məhv edib, su hövzələrinə zərər verməklə ekoloji fəlakət, teror aktı tötətmişdirlər.Ermənistan qoşunlarını çıxartmağa məcbur qaldığı ərazilərimizdə ekoloji cinayət törətməsi, təbii sərvətlərimizi talan etməsi faktları danılmazdır.Terrorçu dövlət olan Ermənistanın hərbi cinayətlərinin artıq sübuta ehityacı yoxdur. Bu vandalizm aktları azad olunan ərazilərin video və fotogörüntülərində aydın əksini tapıb.
Azərbaycan 44 günə Ermənistanın uzun illər formalaşdırdığı “məğlubedilməzlik mifini” dağıtdı, işğala son qoyaraq öz torpaqlarını azad etdi.
Bununla da Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətlər, həm Birinci, həm də İkinci Qarabağ Müharibəsi arasındakı dönəmdə ermənilərin işğal olunmuş ərazilərdə Azərbaycan xalqının tarixi, mədəni və dini irsini qəsdən məhv etməsi faktları gün üzünə çıxdı. Azad olunmuş ərazilərdəki dağıntılar beynəlxalq mediada geniş şəkildə təqdim edilib. Ağdam kimi böyük şəhər bu gün artıq mövcud deyil, sadəcə xarabalıqları qalıb. Füzuli kimi şəhər yer üzündən silinib. Cəbrayıl tamamilə dağıdılıb. Digər şəhərlər, kəndlər də ermənilər tərəfindən qeyri-qanuni məskunlaşdırma üçün istifadə edilib ki, bunun özü də müharibə cinayətidir.
2020-ci ilin oktyabrında Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda bombalanmış, mülki şəxslər öldürülmüş, şəhərin infrastrukturuna ciddi ziyan dəymişdir.
Ağdam, Bərdə, Fizuli, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarının kasetli bombalarla atəşə tutulması, dinc sakinlərin həlak olması, yaralanması erməni cinayətinin göstəricilərindəndir.
Əgər nəzərə alsaq ki, tarix və mədəniyyət abidələrinin mühafizəsi, bununla da insanların mədəni hüquqlarının təmini tək o ölkələrin daxili qanunvericiliyi ilə deyil, həmçinin beynəlxalq hüquq normaları ilə tənzimlənir, onda belə bir sual meydana gəlir: Bəs dünya niyə susur?
Azərbaycan Respublikası müstəqil dövlət olaraq bir sıra beynəlxalq müqavilələrə, konvensiyalara qoşulmuş, öz milli qanunvericiliyini məhz beynəlxalq hüquq normalarına uyğun olaraq formalaşdırmışdır.
2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən müharibənin bitməsi ilə Azərbaycan bölgədə sülhün və əmin-amanlığın bərqərar edilməsi üçün əlindən gələn bütün zəruri tədbirləri görüb.
Azərbaycan tolerantlıq və multikulturalizm ünvanı kimi dünyada özünü çoxdan təsdiq edib. Xalqımız sülsevər xalqdır. Bu gün də Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət humanizm ənənələrinə, milli-mədəni irsin qorunub saxlanmasına, ölkədə yaşayan bütün xalqların, etnik azlıqların hüquq və azadlıqlarının, dini etiqad azadlığının təmin olunması prinsipinə əsaslanır.
Düzdür, müharibə dağıntısız, itkisiz olmur. Lakin tarix boyu, dünya coğrafiyasında bəşəriyyət buna bənzər vandallıq görməmişdir. 200 il Azərbaycanın başına gələn bu haqsızlıqları görməməzlikdən gələnlərin demokratiyadan və beynəlxalq hüquqdan danışmağa haqları olmadığını düşünürük. Ermənistan silahlı tacavüzü və işğalı nəticəsində Azərbaycana külli miqdarda maddi və mənəvi zərər vurmuşdur və o, bu zərəri ödəməlidir. Həmçinin, İnsan hüquqlarının müdafiəsi baxımından Ermənistan beynəlxalq hüquqi məsuliyyətə cəlb olunmalıdır.
Terrorçu dövlət olan Ermənistanın işğalçılıq siyasətini, beynəlxalq hüquqa və insanlığa zidd hərəkətlərini müdafiə və himayə etmək isə heç kimə şərəf gətirməz. Çünki " İlahi ədalət"deyilən bir həqiqət var! Biz bütün dünyanı da ədalətli mövqeyimizdən çıxış etməyə dəvət edirik.
Uca Allah İkinci Qarabağ müharibasiylə ədalətin, haqqın nahaq, şər üzərində möhtəşəm Zəfərini təmin etdi. Düzdür, müharibə şəhidlərsiz olmur.Torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizə Allahdan rəhmət diləyir, bizə qürur hisslərini yaşadan Rəşadətli ordumuza və Müzəffər Ali Baş Komandanımıza sonsuz minnətdarlığımızı bildiririk !
Gəncə Tibb Kolleci: HFBKS Hüseynova Şəfiqə Səttar qızı