Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Ulu Öndər Yeni Azərbaycan Partiyasının qurucusudur” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb, sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Yeni Azərbaycan Partiyasının Gəncə Tibb Kolleci üzrə ərazi partiya təşkilatının sədr müavini Mətanət Nəbizadə 1991-1992-ci illərdə Azərbaycan üçün ən ağır və məsuliyyətli dövrdə dövlət müstəqilliyinin qorunub saxlanması üçün, xaos, anarxiya vəziyyətində olan bir ölkəyə xalqı bu çətin vəziyyətdən çıxarmaq bacarığı olan güclü bir liderin ölkə rəhbərliyinə gətirilməsinin labüd olduğunu vurğuladı. O qeyd etdi ki, ağır illərdə xalq nicat yolunu yalnız böyük idarəçilik təcrübəsinə malik Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışında görürdü. O zaman 91 nəfər Azərbaycan ziyalısı Naxçıvana, ulu öndər Heydər Əliyevə müraciət ünvanladı. Bu müraciət bütövlükdə Azərbaycan xalqının çağırış ifadəsi idi. Xalqın dəstəyi və təkidi ilə ikici dəfə Azərbaycanda hakimiyyətə gələn ümummilli lider ölkəmizi düşdüyü böhran vəziyyətindən çıxardı. Dövlətimiz günü gündən qüdrətləndi, iqtisadi imkanları genişlənib.
Sonra çıxış edənlər də ümummilli lider Heydər Əliyevin Azərbaycanın davamlı inkişafı üçün qəbul etdiyi taleyüklü qərarlardan danışdılar. Qeyd olundu ki, bu gün də Yeni Azərbaycan Partiyası hakim partiya olaraq daim xalqın mənafeyini düşünür, dövlətin siyasətini vətəndaşların rifahının yüksəldilməsi istiqamətində taleyüklü qərarların verilməsində partiyanın lideri, Ulu öndərin layiqli davamçısı İlham Əliyevin siyasi kursunu dəstəkləyir. Günü gündən inkişaf edən Azərbaycanın çıçəklənməsində, iqtisadi və hərbi baxımından dirçəlməsinin önündə ümummilli lider Heydər Əliyev və ideyaları dayanır.