GƏNCƏ TİBB KOLLECİ

Hərbiləşdirilməmiş mülki müdafiə dəstələri ilə xəbərdarlıq-toplanışı üzrə məşqin keçirilməsi


Post Image

Gəncə Tibb Kollecində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üzrə  MM orqan və qüvvələrinin idarə olunması”təlimi.

Gəncə Tibb Kollecinin illik tədbirlər planına əsasən 15.10.2021-ci il tarixində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması və qüvvələrinin idarə olunması”mövzusunda kompleks mülki müdafiə təlimi keçirilmişdir. Təlimə kollecin Mülki Müdafiə qüvvələri,həkim-müəllim və tələbə heyəti cəlb olunmuşdur.

Bu təlimin keçirilməsində əsas məqsəd “Mülki Müdafiənin təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər kabinetinin 25-sentyabr 1998- ci il tarixli 193 saylı qərarına əsasən,Fövqəladə hallar zamanı mühafizə və mülki müdafiə sahəsində normativ sənədlərin tələblərinə əməl olunması,MM qüvvələrinin tələbələrin və işçilərin fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsinə hazırlığın yoxlanılması,işçilərə və tələbələrə fövqəladə hadisələrin nəticələrini aradan qaldırarkən yanğınsöndürmə,xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi üzrə praktiki vərdişlərin aparılmasından ibarət olmuşdur.

15.10.2021  [ 14:15 ]
Bütün hüquqlar qorunur.!  ©  2024