GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində 2021-2022-ci tədris ili müzakirə olunub


Post Image

Gəncə Tibb Kollecində 2021-2022-ci tədris ili müzakirə olunub. Tədbirdə çıxış edən kollecin direktoru Mehman Rzayev bütün kollektivi yeni ənənəvi dərs ilinin başlanması münasibətilə təbrik edib və tədrisin təşkili, dərs bölgülərinin müvafiq pandemiya dövrünə uyğunlaşdırılması və qaydalarından söhbət açıb. M.Rzayev qeyd edib ki, bütün təhsil müəssisələrində olduğu kimi Gəncə Tibb Kolleci də işlərini Təhsil Naziri Emin Əmirullayevin təsdiq etdiyi “Ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planları” çərçivəsində quracaq və pandemiya dövrünə uyğun bütün qaydalara əməl olunaraq dərslər keçiriləcək:

“Bu günlərdə Təhsil Nazirliyi ilə keçirilən videokonfransda pandemiya dövründə təhsilin təşkili və yeni qaydalar barədə müzakirələr aparıldı. Tələbələrin kollecə daxil olması zamanı onların temperaturunun və saturasiyasının yoxlanılnası, həmçinin də peyvənlərinin olmasına və yaxud əks göstəriş sertifikatlarının olmasına xüsusi nəzarət olunmalıdır. Həmçinin müəllim və tələbələrin, bütövlükdə kollecdə çalışanların tibbi maskalardan istifadəsi vacibdir” deyə kollecin direktoru əlavə edib.

05.10.2021  [ 14:10 ]
Bütün hüquqlar qorunur.!  ©  2024