YAP Gəncə şəhər təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü ilə əlaqədar Gəncə Tibb Kollecində tədbir keçirib.
Tədbir əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin dərin ehtiramla yad edilməsi ilə açıq elan olundu.
Azərbaycanın qazandığı çoxsaylı uğurlarında Yeni Azərbaycan Partiyasının əvəzsiz rolundan danışan kollecin direktoru, əməkdar həkim Mehman Rzayev “partiyanın yaranmasının 29-cu ildönümünün Azərbaycan üçün əlamətdar olan bir bayramla, ikinci Qarabağ müharibəsinin Şanlı qələbəsinin bir ilinin qeyd olunduğu bir tarixə təsadüf etdiyini qeyd edib”.
YAP Gəncə şəhər təşkilatının aparat rəhbəri Orxan Əhmədov müstəqil dövlətimizin qurulmasında, inkişafında və dünyada tanınmasında Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb. Bildirib ki, partiya fəaliyyəti ilə ölkəmizin, xalqımızın həyatını kökündən dəyişməklə yanaşı, dövlətçilik tariximizdə yeni mərhələnin əsasını qoyub, habelə öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurları ilə cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirərək, ümumxalq partiyasına çevrilib.
YAP Gəncə şəhər təşkilatının baş məsləhətçisi Hüseyn Budaqov, YAP Gəncə Tibb Kolleci ərazi ilk partiya təşkilatının sədri Mətanət Nəbizadə Yeni Azərbaycan Partiyasının fəaliyyətinin Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə daha da gücləndiyindən, cəmiyyətin inkişafındakı rolundan bəhs ediblər.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmuş tələbələrə partiyanın üzvlük vəsiqələri təqdim olunub.