GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində 8 Noyabr - Zəfər Günü ilə bağlı tədbir keçirdi


Post Image

Noyabrın 5-də Gəncə Tibb Kollecində 8 Noyabr - Zəfər Günü ilə bağlı tədbir keçirilib. Toplantıda kollecin kollektivi ilə yanaşı şəhid Əsgərov İlkin Rauf oğlunun anası Sura Musayeva, qardaşı müharibə iştirakçısı- Əsgərov Elçin Rauf oğlu, qazi - Musayev Coşqun Azər oğlu,  Gəncə Tibb Kollecinin I kurs tələbəsi, müharibə iştirakçısı - Hadıyev İbrahim Mahir oğlu və digər qonaqlar iştirak edirdi. Tədbir Qarabağın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Kollecin direktoru Mehman Rzayev tədbir iştirakçılarını və xalqımızı Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibətilə təbrik edib. O qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabrın 27-dən başlanan, 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə sona çatıb. Hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində böyük Zəfərə imza atdı.

“Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə qızıl hərflərlə yazıldı. Bu tarixi qələbə Azərbaycan xalqının iftixarına və qürur mənbəyinə çevrildi. 44 gündə xalq öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək “Dəmir yumruğa” çevrildi və bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Döyüş meydanlarında ordumuz, siyasi arenada diplomatlarımız, informasiya savaşında media nümayəndələrimiz düşmənə layiqli cavablar verdilər. Müharibə dövründə də, sonralar da Ali Baş Komandan İlham Əliyevin bütün dünyaya Azərbaycanın haqq səsini çatdıran müsahibələri düşmənlərimizə layiqli qələbəmizə kölgə salmağa, qara yaxmağa imkan vermədi. Bu tarixi Zəfər bizə qalib bir xalq olmağımızdan qürur duymağa şərait yaratd” deyə çıxışında Mehman Rzayev vurğulaydı.

Mehman Rzayev onu da əlavə etdi ki, həmin ağır anlarda bütün tibb müəssisələrinə yaralıların gətirildiyi bir vaxta Gəncə Tibb Kollecinin tələbələri də kənarda qalmalıdılar. 30-a yaxın gələcəyin tibb bacısı olacaq tələbələr müxtəlif xəstəxana və hospitallarda yaralılarımıza tibbi yardımın göstərilməsində gecə gündüz iştirak etdilər.

Sonra tədbirdə şəhid Əsgərov İlkin Rauf oğlunun anası Sura Musayeva çıxış etdi. O qeyd etdi ki, bütün şəhid olan balaların anası kimi həm öz oğlu ilə, həm digər şəhidlərlə fəxr edir, qürur duyur.

Toplantıda çıxış edən qazi Musayev Coşqun Azər oğlu həmin günləri xatırlayaraq Şuşa döyüşlərindən danisdi. O müharibənin ağır və itkilərlə olduğunu qeyd etsə də, bir gözünü itirsə də, bədənində qəlpə yaraları hələ də olsa da qazanılan tarixi qələbədən sonra böyük fəxarət hissi keçirdiklərini əlavə etdi. Qazi Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Zəfər müharibəsində şəhid olan qardaşlarına Allahdan rəhmət dilədi. O qeyd etdi, müzəffər Ali Baş Komandanın ətrafında “Dəmir Yumruq” kimi birləşən mübariz xalqımız bu müharibədə bütün bacarıq və qabiliyyətlərini, döyüş bacarıqlarını nümayiş etdirdi düşmənlərin məhv edilməsi üçün bütün çətinliklərə sinə gərərək sona qədər mübarizə apardılar.

Sonra digər çıxış edənlər də qeyd etdilər ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və şanlı Ordumuzun rəşadəti sayəsində qazanılmış böyük Zəfər, eyni zamanda, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşməsi, gənclərimizin Vətən sevgisi, iqtidar-xalq və ordu birliyi sayəsində əldə olundu.

Sonda kollecin tələbələri Zəfər gününə həsr olunmuş bədii kompozisiya ilə çıxış etdilər.


Gəncə Tibb Kollecində 8 Noyabr - Zəfər Günü

05.11.2021  [ 17:30 ]
Bütün hüquqlar qorunur.!  ©  2024